Nəzərdən qoruyan, xəstəlikləri müalicə edən sirli ot
Kəklikotu qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Qədimdə bu otun dəmləməsini döyüşlərdən əvvəl əsgərlərə verirdilər. Belə hesab olunurdu ki, bu dəmləmə əsgərlərin döyüş ruhunu yüksəldir.
Slavyanlarda kəklikotunun tüstüsü ilə evlərdən cin-şeytanı qovurdular, otun tüstüsünü gözdəymə və xəstəliklər zamanı uşaq və böyüklərə verirdilər. Slavyanlar bu otu hər dərdə çarə hesab edirdilər.
Kəklikotunun tərkibində olan efir yağları onu güclü iltihab, virus və mikrob əleyhinə vasitə edir. Soyuqdəymə, qripp, nəfəs yolları ilthabları zamanı kəklikotu dəmləməsi və ya kəklikotulu çay əvəzsiz təbii müalicəvi vasitədir.
Bundan əlavə kəklikotunun bir çox digər faydalı xüsusiyyətləri də var:
- Saglamolun.az bildirir ki, kəklikotu sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, yuxusuzluq, yorğunluq zamanı yardım edir, beyinin fəaliyyətini və intelekti stimullaşdırır, orqanizmin tonusunu artırır.
- Antiseptik xüsusiyyətlərə görə kəklikotu dəmləməsi bağırsaqlarda ziyanlı mikrobları öldürür.
- Polifenollar sayəsində kəklikotu orqanizmi hüceyrələ səviyyəsində qoruyur.
- Kəklikotu ürək-damar sistemi üçün də çox faydalıdır, təzyiqi aşağı salmağa kömək edir, damarlarda iltihabı azaldır, aterosklerozun qarşısını alır.
- Kəklikotu laktasiyanı stimullaşdırır, körpələrə köp və meteorizm zamanı kömək edir.
- Kəklikotu kişi sağlamlığı üçün çox faydalıdır - prostatit və ereksiya pozulmaları zamanı yardım edir.
- Kəklikotu immun sistemini möhkəmləndirir. Bu səbəbdən fitoterapevtlər soyuq fəsillərdə xəstəliklərdən qorunmaq üçün çaya kəklikotu əlavə etməyi tövsiyə edirlər.
- Kəklikotu orqanizmdə iltihabları azaldır, oynaq və əzələ ağrıları, revmatizm zamanı faydalıdır.