Qayınata oğlu ilə əlbir olub hamilə gəlinin başına oyun açdı - FOTO
Azərbaycanda qayınata oğlu ilə əlbir olaraq, gəlini zorla aborta aparmaq istəyib.
Bununla bağlı Sonxeber.az-ın redaksiyasına şikayət daxil olub.
Belə ki, qeyri-qanuni ailə həyatı quran iki gənc arasında gərgin münasibətlər yaşanıb. Ağamalıyeva Mənsurə Mehman qızı bildirir ki, onların yoldaşıyla rəsmi nikahı olmayıb.
Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:
"Tağıyev Talehlə 5 aydır ki, birlikdəyəm. 3 ay bundan əvvəl hamilə qaldım. Münasibətimizin ilk 4 ayı hər şey yaxşı idi, son 1 aydır ki, mübahisələrimiz başlayıb.
Talehin atası uşağı dünyaya gətirməyimi istəmirdi. Yoldaşım məni hamilə halımla maşından yerə atdı, müxtəlif xəsarətlər almışam. Hazırda onurğa sütunum zədəlidir. Bundan başqa, məni atası ilə birgə Yasamalda 3 saylı "Asan xidmət"in qarşısında taksidən məcburi düşürdüb aborta aparmaq istəyirdilər, boğazımdan tutub şantaj etmişdilər. Əllərindən qaçdım, məni xəstəxanaya apara bilmədilər.
Mən yetim böyümüşəm: nə atam var, nə anam. Yoldaşımın atası isə Gürcüstan vətəndaşıdır. Mənə "türmədə yatmışam, səni öldürərəm, istədiyimi edərəm" kimi sözlər deyir. Hətta məni təhqir də edib.
Bunun barəsində polisə də şikayət etmişik".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, nömrə şəbəkə xaricində olduğu üçün əlaqə saxlaya bilmədik.