azia.az
azia.az

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ - bu telefonlarda işləməyəcək

3-09-2021, 09:47


Dünyanın ən çox istifadə olunan messenceri “WhatsApp” son yenilənməsinin köhnə Android və iOS telefonlarında çalışmayacağını açıqlayıb.
“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ - bu telefonlarda işləməyəcək
“Haber Global”a istinadən xəbər verilir ki, noyabrın 1-dən etibarən messencer Android 4.0.4 və iOS 9 da daxil olmaqla daha köhnə proqram təminatı ilə işləyən telefonları dəstəkləməyəcək.

“WhatsApp”ın çalışmayacağı telefon modellərindən “Samsung Galaxy” silsiləsində “S3 Mini”, “Trend II”, “Trend Lite”, “Core”, “Ace 2”, “LG Optimus” seriyasından F7, F5, “L3 II Dual”, F7 II, F5 II, eləcə də “Sony Xperia”, “Huawei Ascend Mate” və “Ascend D2”, həmçinin “Apple iPhone” modellərindən SE, 6S, və “6S Plus” qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi