Faktiki hava açıqlandı: bu rayonlara yağış yağdı
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azia.az-a verilən məlumata görə, avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək yağış düşüb.
Daşkəsəndə cənub-qərb küləyi arabir 25-30 m/s-dək güclənib.
Havanın temperaturu avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək, Naxçıvan MR-da isə 40°-dək isti olub.