Sülhməramlılarımız 200-dən çox fransızın həyatını XİLAS ETDİ - SON DƏQİQƏ
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir. Avqustun 17-də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının Kabil aeroportundan təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər. Növbəti dəfə hərbçilərimiz 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasına yardım edir.modern.az