azia.az
azia.az

Aşura mərasimi ilə bağlı AÇIQLAMA

18-08-2021, 08:48

Aşura mərasimi ilə bağlı AÇIQLAMA
Avqustun 10-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir. Qeyd edək ki, QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edib. Müraciətdə qeyd olunub ki, Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Bəs, ölkəmizdə bu il Aşura gününün keçirilməsinə icazə veriləcəkmi?Aşura mərasimlərinin son illər pandemiya səbəbindən ölkəmizdə məhdud qaydalarda keçirildiyini vurğulayan ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, bu il Aşura gününün keçirilməsi gözlənilir:
"Bu il məscidlərə Operativ Qərargahın qoyduğu qayda-qanunlar əsasında 50 nəfər daxil olmasına, eyni zamanda da Aşura mərasimlərinin keçirilməsinə icazə verilir. Amma sırf Aşura günü ilə bağlı kütləvi yürüşlərin, yaxud da ki, kütləvi şəkildə toplanmaya görə maneə və qadağaların qoyulması istisna deyil. Hesab edirəm ki, müəyyən çərçivədə sərhədləri qorumaqla Aşura mərasimi keçirilə bilər. Təbii ki, bununla bağlı hər il Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı olur. Yəqin ki, tez bir zamanda bununla bağlı inanclı fitnələrə bu barədə məlumat veriləcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi