azia.az
azia.az

Bu avtobus da kart sisteminə keçir

17-08-2021, 18:06

Bu avtobus da kart sisteminə keçir
Sabahdan etibarən 130 nömrəli müntəzəm marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Azia.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı OBA marketlərdə Bakı Kart balansının artırılması üçün POS-terminallar quraşdırılıb.

POS-terminallar aşağıdakı ünvanlarda quraşdırılıb:

- İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəsəbəsi)

- Alim Şəbiyev küç. (Lökbatan qəsəbəsi)

- Seymur Orucov küç. (Lökbatan qəsəbəsi)

- 28 may küç. (Lökbatan qəsəbəsi)

- Həmid Sultanov küç 97b, (Xocasən qəsəbəsi)

- Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəsəbəsi)

- Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi