azia.az
azia.az

DİN-dən Məhərrəm ayı ilə bağlı kütləvi dini mərasimə çağırış edənlərə XƏBƏRDARLIQ

10-08-2021, 20:06

DİN-dən Məhərrəm ayı ilə bağlı kütləvi dini mərasimə çağırış edənlərə XƏBƏRDARLIQ
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, nəzərdə tutulan məhdudiyyətlərlə əlaqəli müəyyən olunan qaydalara etinasız yanaşan, xarici himayədarlarının təsiri ilə Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə Şababa oğlu bu gün “Facebook” profili üzərindən canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.

Bununla əlaqədar R.Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində dini mərasimlərin keçirilməsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi