azia.az
azia.az

Azercell-inrəqəmsal xidmətləriindi daha çox istifadəçininrahatlığını təmin edir

5-08-2021, 16:53


Azercell-inrəqəmsal xidmətləriindi daha çox istifadəçininrahatlığını təmin edir
Ölkənin müştəri yönümlü lider şirkəti “Azercell Telekom” MMC rəqəmsal həllərdən istifadəni daha asan və rahat etmək məqsədilə “Kabinetim”, “ABBMobile”, “Umico” platformaları üzərindən xidmətlərin çeşidini genişləndirir.

İndi ABBMobile tətbiqinə Azercell-in NNTV, Bookmate, BluTv,“IVI”rəqəmsal həlləriylə yanaşı SberZvuk xidmətinə abunəlik də əlavə olunub. SberZvuk-la milyonlarla istifadəçinin istənilən əhvala, şəraitə və məkana uyğun musiqini tapmaq, dünya hitlərindən tutmuş klassikaya qədər müxtəlif növ musiqini dinləmək mümkündür. 50 milyon mahnı, podkast, fərdi tövsiyə və musiqini özündə cəmləşdirən rəqəmsal məhsulun ağıllı alqoritmləri seçiminizi sizin üçün avtomatik olaraq fərdiləşdirir.
Azercell-inrəqəmsal xidmətləriindi daha çox istifadəçininrahatlığını təmin edir
Yayın əvvəlində SberZvuk xidmətinə Hi-Fi musiqisi üçün dəstəyin əlavə olunması nəticəsində indi milyonlarla mahnı istifadəçilər üçün itkisiz(lossless) - sıxlaşdırma və təhrif olmadan təqdim olunur. Bu yeniliklər əlavə ödəniş tələb etmədən standart abunə paketinə daxildir. Qeyd edək ki, Hi-Fi keyfiyyəti musiqiniyaradıcıları tərəfindən ilk düşünüldüyü və yazıldığı şəkildə dinləməyə imkan verir. Bu funksiya iOS və Android əməliyyat sistemini dəstəkləyən bütün mobil cihazlarda istifadə oluna bilər. Bunun üçünSberZvuk tətbiqində Hi-Fi işarəsi olan istənilən kompozisiyanı seçmək, və ya pleyerdə, istifadəçi profilində Hi-Fi keyfiyyətinə keçid etmək kifayətdir. Eyni zamanda trekləri keyfiyyətini itirmədən onlayn şəkildə dinləmək və ya mobil cihazın yaddaşına yükləmək də mümkündür.

Həmçinin, ABBMobile-də təqdim olunan BluTV mobil kinoteatrına Discovery+ striminq xidməti əlavə edilib. Yeni proqram sayəsində bu kanalın sənədli və əyləncəli kitabxanasına üzv olmaq mümkündür. Bu paketdə Discovery Channel, TLC, Animal Planet, ID, Discovery Science, Food Network, Travel Channel, həmçinin Eurosport kimi populyar kanalların təqdim etdiyi ən məşhurşoular, seriallar, idmançılar haqqında proqramlar təqdim olunur.
Xatırladaq ki, bu və digərAzercell rəqəmsal məhsulları artıq “Umico” platformasına da əlavə olunubvə xidmətlərəqoşulma qaydası çox sadədir: “Umico” tətbiqini "App Store” və ya "Play Store”dan yüklədikdən sonra “Umico”da “Bonuslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi