azia.az
azia.az

Süni mayalanma zamanı embrionlar səhv salındı - Başqasının uşağını doğdu

1-08-2021, 15:18


Rusiyanın Çelyabinsk şəhərində süni mayalanma zamanı səhv baş verib.
2018-ci ildə Olqa və İvan Alyoxinlər Perinatal mərkəzə süni mayalanma üçün müraciət edib.
Embrion hazır olanda, o, Olqaya köçürülür. Uşaq doğulanda isə ana şoka düşür. Ata-ana qəhvəyi gözlü olsa da, uşaq boz gözlü idi. Üstəlik uşağın qan qrupu da ayrı idi.

Bildirilir ki, uşağın öz doğma övladı olmadığından şübhələnən cütlük DNT analizi tələb edir. Analizin nəticələri göstərir ki, həqiqətən onlar uşağın bioloji valideyni deyil. Deməli, Olqa bu vaxta kimi başqasının uşağını bətnində daşıyıb dünyaya gətirib, bəs onun öz biomaterialından olan embrion kimə istifadə edilib?

İndi Olqa öz doğma övladının axtarışındadır. O, dünyaya gətirdiyi oğlan uşağı Denisi artıq qəbul edib, onu övladı kimi böyüdür, uşaq da onları valideyni bilir.

Olqa hazırda Perinatal mərkəzi məhkəməyə verərək, təzminat qazanıb. Lakin Olqa bununla da kifayətlənməyərək, öz doğma övladlarının kimin evində, ailəsində dünyaya gəldiyini və necə yaşadığını bilmək istəyirlər.

"Mən əminəm ki, bizim kimi onlar da uşağın yad olduğunu anlayıblar və susurlar. Perinatal mərkəz bizə dedi ki, sizin deyil, istəmirsiz, uşağı uşaq evinə qaytarın, imtina edin. Əgər o ailə uşaqdan imtina edib onu atıbsa. Biz onu tapmalıyıq. Əgər uşaq normal ailədədirsə, biz ona heç nə etməyəcəyik. Əgər uşaq evinə verilibsə, onu da saxlayarıq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi