azia.az
azia.az

Gəncənin İcra Başçısı Niyazi Bayramov... SAXTA “STAJ”LA MÜDİRƏ təyin edildiyini bilirmi?- VİDEO

19-06-2021, 12:28


İH-in hüquqşünası faktları nədən ört-basdır edir?
Gəncənin İcra Başçısı Niyazi Bayramov... SAXTA “STAJ”LA MÜDİRƏ təyin edildiyini bilirmi?- VİDEO
Bir müddət öncə Globall.az-ın redaksiyasına şikayət ərizəsi daxil olmuşdu. Həmin ərizəni bizə yaradılan imkan daxilində araşdırmadan sonra qısa xülasə ilə oxuculara təqdim etmək qərarına gəldik.

Daxil olan ərizədə bildirilir ki, Pərvanə Mirzə qızı İmamquliyeva 2017-ci ilin avqust ayında 13 saylı körpələr evinə mötəbər şəxsin xahişi ilə (bizə məlum olsa da hələlik o adın çəkilməsini lazım bilmirik-red.) müdirə təyin olunub. Təyinat zamanı Pərvanə xanımın təqdim etdiyi tərcümeyi-halında pedaqoji sahədə 6 il illik iş stajının olması göstərilsə də, bu qeyd həqiqətdə heç də təsdiq olunmur. Yəni əmək kitabçasında olan göstəri özünü doğrultmur və saxtadır.

Daha sonra ərizədə xanım müdirənin 27.11.2019-cu ildə eks həyat yoldaşı ilə münaqişə zamanı keçmiş ərinə məxsus avtomobilə qəsdən ciddi zədə yetirdiyi, maşının müxtəlif hissələrini əzərək yararsız hala saldığı yazılır. Globall.az-a hətta o da bildirilir ki, baş vermiş hadisə ilə bağlı Kəpəz Rayon Polis idarəsində araşdırma aparılmış və insidentlə əlaqədar Gəncə Şəhər İcra hakimiyyətinə məktub ünvanlanmışdır.

Polisdən İH-ə göndərilən məktub

Şikayət ərizəsində daha sonra Pərvanə İmamquliyevanın yaxın qohumlarının - anasının, qardaşının, əmisi oğlanlarının Almanıyaya mühacirət etməsi, orada antiAzərbaycan təbliğatı ilə məşğul olmaları vurğulanır. Qeyd edilir ki, onlar Azərbaycana qarşı təşkil olunan piketlərin ən fəal iştirakçıları, facebook səhifələrində antiAzərbaycan təbliğatının avanqard adamlarıdır.

...İndi keçək məsələnin mabədinə. Düşünə bilirsinizmi, bu gün hərəkətlərinə nəzarət edə bilməyən, istənilən olaya instinktiv reaksiya verən, pedaqoqluq bir yana, əxlaqi-mənəvi dəyərlərə avekvat addım ata bilməyən bu xanımın hələ də 13 saylı körpələr evində müdirə işləməsi nə deməkdir?

Pərvanə İmamquliyeva
Gəncənin İcra Başçısı Niyazi Bayramov... SAXTA “STAJ”LA MÜDİRƏ təyin edildiyini bilirmi?- VİDEO
Demək çətindir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bu hadisələrdən məlumatı varmı, yoxmu, dəqiq deyə bilmərik. Amma onu dəqiq deyə bilərik ki, baş vermişlərdən Gəncə Şəhər İcra Hakimiyyətinin hüquqşünası Xaqanı Əbdülrəzimov tam məlumatlıdır. Hətta məlumatlı olaraq baş verənləri ustalıqla ört-basdır etməyə də çalışır.
Əgər belə olmasaydı, redaksiyanın araşdırma apardığı zaman polis idarəsinə məxsus məktubu saxtalaşdırmağa cəhd etməzdi. Və bu cəhd ortaya maraqlı bir sual çıxarır: Əcəba, Xaqani Əbdülrəzimovu bu saxtakarlığa sürükləyən, əyriyə düz donu biçdirən nədir? Azərbaycan reallığına söykənərək inamla “vəzifəsindən sui-istifadə-korrupsiya” deyərdik, amma... canlı fakt yoxluğundan indi bunu yalnız ehtimal kimi deyə bilərik.
Gəncənin İcra Başçısı Niyazi Bayramov... SAXTA “STAJ”LA MÜDİRƏ təyin edildiyini bilirmi?- VİDEO
O ki qaldı Globall.az olaraq bizim araşdırmamıza, icra hakimiyyətinə üz tutmağımıza, bunun sadədən sadə səbəbi var: hazırda ölkədə uşaq baxçaları məhz icra hakimiyyətlərinin nəzarətindədir. Ələlxüsus da baxçaların maddi texniki təminatı. Ehtimal etmək olar ki, korrupsiyaya yol açan da məhz bu faktordur.

...Xaqanı Əbdülrəzimova 13 saylı körpələr evinin müdirəsi ilə bağlı müraciət edərkən, o, icra başçısı Niyazi Bayramovun uşaq bağçalarına nəzarəti Gültəkin Qasımovaya həvalə etdiyini deyərək ona müraciət etməli olduğumuzu bildirdi.

Biz də deyilən kimi etdik. Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Gültəkin Qasımova ilə əlaqə saxlayaraq redaksiyaya daxil olan məktubun qısa xülasəsini ərz etdik.

Gültəkin Qasımava körpələr evinin müdirəsi Pərvanə İmamquliyevanın əmək kitabçasındakı saxtakarlıqla bağlı irəli sürdüyümüz iddialara aydınlıq gətirmək üçün ona zəng etdi. P.İmamquliyeva əvvəl Gəncə şəhərindəki 43 saylı orta məktəbdə 2 il işlədiyini, 2006-2010 cu illərdə isə Gəncə Müəllimlər institutunda çalışdığını bildirdi. Həm də... riyaziyyat fakültəsini bitirməsinə baxmayaraq hazırda fəaliyyəti dayandırılmış Gəncə Müəllimlər İnstitutunda ingilis dilini tədris etdiyini bildirdi.

Daha sonra... Daha sonrası o ki, araşdırmamız nəticəsində məlum oldu ki, körpələr evinin müdirəsi hörmətli Pərvanə xanımın 43 saylı orta məktəbdə işləməsi haqda əmək kitabçasındakı məlumat... feyk imiş, özünü doğrultmur. Loru dillə desək, o, əmək kitabçasına saxta staj yazdırıbmış.

...Bildiyimizə görə körpələr evində, uşaq baxçasında rəhbər işləmək üçün əvvəllər ən azı 5 il pedaqoji iş təcrübəsi tələb olunurdu, bu gün isə... görünür, Gəncədə proteksiyaçılıqla istənilən zümrənin, istənilməyən də olsa əxlaq daşıyıcısı bu vəzifənin yiyəsi ola bilər. Bəli, gələcəyimiz dediyimiz uşaqlarla işləmək bu şəhərdə bu qədər ucuz...

Daha bir mübhəm reaksiyanı da olduğu kimi kostatasiya edib bitirək. Gəncə şəhər İcra Hakimiyyətində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Gültəkin Qasımova ilə təmasda olarkən xanım elə beləcə də dedi: “...Ona qalsa bu gün Gəncə bağçalarında müdirələrin əksəriyyətinin sənədləri, əmək kitabçaları belə yalnışlıqlarla doludur.”

Yeri gəlib, biz də üzümüzü Gəncə Şəhər İcra Hakimiyyətinin baçşısı Niyazi Bayramova tutub deyirik:
Cənab başçı, əvvəla, doğrudanmı Gəncə kimi böyük bir şəhərdə kadr qıtlığıdır ki, körpələr evinə keçmişi və indisi kirli olmayan layiqli bir xanım təyin edə bilmirsiniz?

İkincisi, əgər yuxarıda qeyd etdiyimiz işləklərdən xəbəriniz yoxdursa və əgər digər işlərdən vaxtınız və ya digər işçiləriniz də hüquqşünasınız Xaqanı Əbdülrəzimov kimi, necə deyərlər, pişik öz bulaşığının üstünü örtən kimi kirli işlərin üstünü örtəcəksə, Gəncədə yerləşən uşaq bağçaları və körpələr evində işləyən müdirələrin həmin vəzifəyə layiq olub-olmamaları ilə bağlı sənədlərini-ali təhsillərinin, əmək kitabçalarının surətlərini redaksiyamıza ünvanlayın, xatircəm ola bilərsiniz, biz araşdırma aparıb Sizə doğru, düzgün və dolğun məlumat verərik. Təki təpəriniz olsun. Təbii ki, olarsa...

Mehriban ƏZİZQIZI,
Globall.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi