DİN yanında İctimai Şuraya seçkilər davam edir
Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı 03.06.2021-ci il tarixində başlayan səsmevmə bu gün DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində davam edir. Məlumat verdiyimiz kimi pandemiya dövrünə təsadüf etdiyindən seçki açıq hava şəraitində keçirilir. “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri Tahir Xudiyev də həmin seçkilərdə seçici qismində iştirak edərək layiqli namizədlərə səs verib. Nəticələr barədə məlumat veriləcək.
Tahir Xudiyev,
"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru