azia.az
azia.az

Bu tarixdən azad olunan ərazilərə ceyranlar buraxılacaq - RƏSMİ AÇIQLAMA

7-06-2021, 12:00


İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması prosesinin vaxtı məlum olub.
Bu tarixdən azad olunan ərazilərə ceyranlar buraxılacaq - RƏSMİ AÇIQLAMA
Azia.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

O bildirib ki, ceyranlar həmin ərazilərə sentyabr ayından sonra buraxılacaq: "Hazırda ceyranların balalama mövsümüdür. Ona görə də biz iyun və iyul aylarını gözləmək məcburiyyətindəyik. Balalama mövsümü başa çatandan sonra məlum olacaq ki, ceyranların sayı nə qədərdir və hansı ərazilərə neçə ceyran buraxılacaq. Biz adətən bu prosesi sentyabr ayında həyata keçiririk. Sentyabr ayında artıq məlum olacaq ki, hansı ərazilərə, o cümlədən işğaldan azad olunan yerlərə nə qədər ceyran buraxılacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi