Gürcüstan Rusiyadan Ermənistana himanitar yardım adıyla “bronjilet” göndərilməsinin qarşısını aldı
Rusiyadan Ermənistana göndərilən 2 TIR zirehli gödəkcə Gürcüstan sərhədçiləri tərəfindən ölkə ərazisindən buraxılmayıb.
Azia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, martın 28-də Yuxarı Lars gömrük-keçid məntəqəsində Gürcüstan sərhədçiləri üzərində “Humanitar yardım” yazılan TIR-lardakı yükə baxış keçirib hərbi zirehli gödəkcə olduğunu müəyyən ediblər. Onlar yükün humanitar yardım deyil, xüsusi əhəmiyyətli olduğunu bildirərək onun ölkə ərazisindən buraxılması üçün Gürcüstan Müdafiə Nazirliyinin icazəsinin gərəkdiyini deyiblər.
Грузия так и не пропустила бронежилеты из России для Армении » Median.Az - Bütün xəbərlər bir ünvanda
Hər iki TIR-ın sürücüsünün şəxsi sənədləri, yüklə bağlı sənədlər alınıb, Gürcüstan ərazisinə girişə qadağa qoyulub. Bir aydan çox müddət keçsə də, Gürcüstan Müdafiə Nazirliyindən yüklərin ölkə ərazisindən keçirilməsinə tələb olunan icazə verilməyib. Son nəticədə bir neçə gün öncə TIR-lar geri – Rusiyaya qayıtmalı olub.
Maraqlıdır ki, Ermənistan mətbuatı inadla yükün humanitar olduğunu bəyan edib, Gürcüstanı onu buraxmamaqda qınayır. Amma aydın məsələdir ki, hərbi zirehli gödəkcə heç də humanitar yardım deyil...