azia.az
azia.az

Kənd Horadizdə erməni xilasedicisi yaralandı, Azərbaycan hərbçiləri ilk yardım göstərdi

16-04-2021, 12:13


Bu gün işğaldan azad edilmiş ərazilərdə qalmış erməni hərbçilərinin meyitlərinin qalıqlarının axtarışı zamanı qondarma “dqr fövqəladə hallar nazirliyinin” bir xilasedicisi yaralanıb.
Kənd Horadizdə erməni xilasedicisi yaralandı, Azərbaycan hərbçiləri ilk yardım göstərdi
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Cəbrayıl rayonunun Kənd Horadiz ərazisində baş verib. Erməni xilasedici dizindən yaralanıb, ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Hadisənin mina partlayışından, yoxsa digər səbəblərdən baş verdiyi göstərilmir. Yaralı Xankəndində hospitala çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Qarabağda erməni hərbçilərinin cəsədlərinin axtarışı zamanı bundan əvvəl azı iki dəfə mina partlayışı baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi