azia.az
azia.az

Süveyş kanalındakı gəmi yenidən yolu bağladı

29-03-2021, 20:38

Süveyş kanalında saya oturmuş "Ever Given" konteyner gəmisi xilas edildikdən sonra yenidən yolu bağlayıb.
 Süveyş kanalındakı gəmi yenidən yolu bağladı
Trend-in məlumatına görə, gəmi şiddətli küləyin təsirindən kanalda eninə dayanıb.

Bir müddət əvvəl Misir Prezidenti Əbdül Fəttah əs-Sisi gəminin xilasetmə işinin uğurla başa çatdığını bildirmişdi.

Eyni zamanda, mütəxəssislər hazırda gəminin saya oturmadığını, sadəcə mövqeyini dəyişdiyini bildiriblər.

Qeyd edək ki, Tayvanın "Evergreen" şirkətinin "Ever Given" konteyner gəmisi martın 23-də saya oturmuşdu.

400 metr uzunluğunda, 224 min ton çəkisi olan gəminin saya oturması nəticəsundə 300-dən çox gəmi Süveyş kanalında qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi