azia.az
azia.az

Azərbaycanda 19-40 yaşlı qadınlar bu xəbəri oxusun

25-03-2021, 12:31

Dünya ordularında qadınların böyük qismi arxa cəbhə təminatı və qərargah işlərində çalışır.



Pravda.az xəbər verir ki, İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edirlər. İsraildə isə qadınlar məcburi olaraq 20 yaşda 2 il hərbi xidmət keçməlidir. Bu yaxınlarda ABŞ və Avstraliyada da qadın hərbçilərin ön cəbhədə xidmətinə icazə verən qanun qəbul edilib.





Ölkəmizdə də qadınların hərbi xidmətə qəbul edilmələri gözlənilir. Bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən tənzimlənəcək. Qanun və Siyahıya əsasən, hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət daha çox, 3 il nəzərdə tutulub.



Hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Qərib xəbərin gözlənilən olduğunu və tezliklə reallaşacağına ümid etdiyini bildirib. O, Qarabağ müharibəsi zamanı kişilərlə çiyin-çiyinə vuruşan Azərbaycan qadınlarının yeniyetmə və gənc nəslə əsl mübarizlik nümunəsi olduğunu deyib.



Jurnalist qadınların xidmətə kor-koranə şəkildə deyil, xüsusi hazırlıqlar yolu ilə cəlb edilməsini məqsədəuyğun hesab edir. Onların xidmətdən öncə rabitəçi və snayper kurslarına cəlb edilməsi gələcəkdə böyük nailiyyətlərə səbəb olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi