azia.az
azia.az

Putin, Netanyahu, NATO və Aİ Ankara terrorunu pislədi

14-03-2016, 10:15

Putin, Netanyahu, NATO və Aİ Ankara terrorunu pislədi "Rusiya lideri növbəti terror hücumuna görə yas saxlayan türk xalqının kədərini bölüşür.”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsinə münbasibət bildirib. Bu barədə rəsmi Kremlin mətbut katibi Dimitri Peskov məlumat verib. Peskov Putinin, türk xalqının kədərini bölüşdüyünü deyib.
“Rusiya prezidenti Vladimir Putin Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsini kəskin şəkildə lənətləyir. Rusiya lideri bir çox insanın ölümünə səbəb olan növbəti terror hücumuna görə yas saxlayan türk xalqının kədərini bölüşür.”
Bundan başqa İsrailin baş naziri Benyamin Netanyahu da Ankarada baş vermiş terror hadisəsini qınayıb və Türkiyəyə başsağlığı verib. Bu barədə baş nazirliyin mətbuat ofisi açıqlama verib:
“Baş nazir Benyamin Netanyahu günahsız mülki əhalinin öldüyü və onlarla insanın yaralandığı Ankaradakı böyük miqyaslı terror hücumunu pisləyir. İsrail türk xalqına terrorra qarşı mübarizədə onun yanında olduğunu bildirməkdə və ictimaiyyətə terrora qarşı birləşin çağırışı etməkdədir.” – deyə açıqlamada bildirilir.
NATO-nun baş katibi Yens Stoltenberq də baş vermiş hadisəyə kəskin reaksiya bildirib. Baş katib bildirib ki, heç bir şey bu teraktı haqlı göstərə bilməz:
“Ankaranın mərkəzində avtobus dayanacağına istiqasmətlənmiş bu terror hadisəsini kəskin şəkildə pisləyirəm. Qurbanların qohumlarına, sevənlərinə və türk xalqına başsağlığı verir, yaralıların təcili sağalmasını təmənna edirəm. Bu cür vəhşicəsinə törədilmiş hadisəyə heç bir şey haqlılıq qazandıra bilməz. NATO müttəfiqləri Türkiyə ilə həmrəylik içindədir və hər cür terrorla mübarizəyə qərarlıdır.”
Bundan başqa Avropa İttifaqı rəsmiləri də terror hadisəsini kəskin şəkildə pisləyib. Avropa İttifaqının Beynəlxalq Əlaqələr və Təhlükəsilik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerni və Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ortaq bəyanat yayıblar.
“Türkiyə, hökumət və xalqı ilə güclü həmrəyliyimizi ifadə edir, onların kədərini bölüşürük. Dünyasını dəyişənlərin qohumlarına və dostlarına başsağlığı, yaralılara şəfa arzulayırıq. Aİ bu cür zorakılıqlara məruz qalan hamının yanında olmağa davam edəcəkdir. Qlobal terror təhlükəsi ilə mübarizə üçün beynəlxalq əməkdaşlığı sürətləndirməyə istiqamətlənmiş öhdəliyimizi təkrarlayırıq.”
Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Kızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamkadzenin hərəkət alında olan avtomobillə törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 34 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyənin səhiyyə naziri 19 nəfərin vəziyətinin ağır olduğunu bildirib. Bu səbəbdən də ölü sayının artacağı istisna olunmur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi