Hollandiyada yaşayan türklər küçələri al qırmızı rəngə boyadıHollandiyanın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu bağlanıb.
İstiPress-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi məzuniyyətdə olan Hollandiya səfirinin Türkiyəyə qayıtmasını arzuolunmaz adlandırıb.
Bundan əlavə, Türkiyə polisi Hollandiya səfirliyinin və konsulluğunun binalarına giriş və çıxışları qapayıb.
Anadolu agentliyi isə xəbər verir ki, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb.
Polis Türkiyənin Rottterdam Baş konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib.
Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.
Nazir Qayanın nəqliyyat vasitəsinin yaxınlığından uzaqlaşdırılan nümayişçilər, küçə başında şüarlar səsləndirərək etirazlarını davam etdirir.
Daha əvvəl Hollandiya polisi Rotterdamda Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilini saxlayıb.
Türkiyə XİN rəhbərinin təyyarəsinin Rotterdamda enişinə icazə verilmədiyinə görə, Kaya Almaniyadan Niderlanda avtomobil vasitəsilə gedib.
Qeyd edək ki, Hollandiya Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.
Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: " İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək".
Çavuşoğlu isə Niderlanda qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.