Avtomobillərin qiyməti kəskin ucuzlaşacaq — VİDEO
Azərbaycana idxal olunan elektromobillərin bütün vergi və rüsumlardan azad edilməsi üzərində işlər aparılır.
Demokrat.az xəbər verir ki, Nazirlər Kabinetinin ötən ilin nəticələrinə dair hesabatında elektromobillərin idxalında güzəştlərin olacağı qeyd edilib. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə olunacaq
Ekspertlər isə güzəştlərin hərtərfəli nəzərə alınmalı olduğunu bildirirlər. Çünki bu avtomobillər həm bahalı olduğundan, həm də usta və ehtiyat hissələri tapılmadığından əlçatan olmaya bilər.
Güzəşt çərçivəsində hibrid avtomobillərin ƏDV-dən azad edilməsi, yeni avtomobillərin rüsumlarının azaldılması və güzəştli kredit şərtləri təqdim olunması da nəzərdə tutulub.
Ekspertlər də ötən illər ərzində hibrid avtomobillərə böyük tələbat yarandığını və bu səbəbdən ilkin olaraq bu avtomobillərə güzəştlər tətbiq edilməli olduğunu bildirir.
Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi və kütləvi istifadəsi ilə bağlı məsələlər "Yol hərəkətinin təhlükəsizliyinə dair" 2019-2023-cu illər üzrə Dövlət Proqramında da nəzərdə tutulub. Proqramın əsas 5 istiqmaətindən biri də məhz ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə olan güzəşt və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir.