azia.az
azia.az

Ağdam təhsilində növbəti biabırçılıq!- Qanunlar belə pozuldu-FOTOFAKTLAR

10-03-2021, 11:30

Ağdam təhsilində növbəti biabırçılıq!- Qanunlar belə pozuldu-FOTOFAKTLAR
Son vaxtlarda mətbuatda və sosial şəbəkələrdə Ağdam Rayon Təhsil Şöbəsi haqqında, konkret desək, şöbənin müdiri Mətanət Misirxanova haqqında yazılanların doğruluğu öz təsdiqini tapmaqdadır.
Məsələn,Mətanət Misirxanova ötən il pandemiya qaydalarını nəzərə almayaraq öz qızına nişan mərasimi keçirmiş və müvafiq qaydada cərimələnmiş, Təhsil Naziri tərəfindən 2020-ci ilin avqust ayından sayca 3-cü töhmətini almışdır (sonuncu şiddətli töhmət verilmişdir).
Dunyaninsesi.az-ın redaksiyasına daxil olan məlumata görə, bütün bunlara baxmayaraq, onun tabeliyində olan məktəblərdə yenə də qanunlar arxa plandadır. Öndə olan isə "gözəgörünməz” əllərin himayə etdiyi Mətanət "bacı”nın öz qanunlarıdır. Belə ki, Baki şəhərində fəaliyyət göstərən Ağdam rayon 71 saylı köçkün tam orta məktəbinin direktoru Ülviyyə Mahmudova karantin qaydalarını öz kollektivi ilə pozduğuna görə ümümilikdə 5000 manat cərimə edilib. Onun araxasında duran RTŞ-nin müdiri Mətanət Misirxanova bu faktı gizlətmiş və o məktəbin rəhbərliyinə heç bir cəza verilməmişdir. Əgər qanun pozuntusuna yol vermis direktora ən azından inzibati cəza verilsəydi, müddətli müqavilə ilə işləyən Ülviyyə Mahmudova vəzifəsindən azad oluna bilərdi. Amma "mərhəmətli” Mətanət "bacı”nın "sehirli çubuğu” burada xanım direktorun köməyinə çatıb və onu "hifz” edə bilib.Ağdam təhsilində növbəti biabırçılıq!- Qanunlar belə pozuldu-FOTOFAKTLAR
Ağdam təhsilində növbəti biabırçılıq!- Qanunlar belə pozuldu-FOTOFAKTLAR
Bunlar azmış kimi 05 mart 2021-ci il tarixdə Mingəçevir şəhərində fəaliyyət göstərən Ağdam rayon 47 saylı köçkün tam məktəbin direktoru Zülfiyyə Əliyeva da "quşu gözündən vurub”. Belə ki, Mətanət "bacı”sına güvənən Zülfiyyə Əliyeva Təhsil nazirinin "8 mart” haqqında müvafiq əmrinin tələblərini, həmçinin mövcud karantin qaydalarını kobud şəkildə pozaraq məktəbdə pul yığmış (məktəb kollektivindən adambaşına10 manat) və azı 16 nəfər xanımın iştirakı ilə tort süfrəsi ətrafında tədbir keçirmişdir. Kütləviliyi ilə diqqət çəkən bayram tədbrində müəllimlər nə tibbi maskadan istifadə edib, nə də sosial məsafəni gözləyiblər.
Həmin çəkilmiş fotoları təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi