Helikopter qəzasında şəhid olanlardan biri generaldır - FOTOLAR
Türkiyədə 10 hərbçinin həlak olması ilə nəticələnən helikopter qəzasında şəhid olanlardan biri general-leytenant Osman Erbaşdır.
Azia.az Türkiyə mediasına istinadən xəbər verir ki, general Elazığ 8-ci Korpus Komandiri olub.
O, ictimaiyyətə 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişə cəhd zamanı FETO-çulara müqavimət göstərməsi ilə tanışdır.
Generalın ölümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun oğlu İgidalp Erbaşa zəng edərək, başsağlığı verib.