Deputat haqda ilginc iddialar... - Siqaret biznesini ələ keçiribmiş...
Azərbaycanda çox böyük qazanc mənbəyi olan siqaret biznesi deputat Cabanşir Feyziyevin nəzarətinə keçib. JAMAZ.İNFO xəbər verir ki, hazırda ölkədə siqaretin topdansatışını həyata keçirən şəxs sözügedən deputatın qardaşıdır.
Əldə etdiyimiz məlumata görə, 100-dən artıq çeşidin topdansatıçşını reallaşdıran və bütün maliyyə işlərini həyata keçirən Arif Feyziyev, qardaşının sayəsində belə böyük biznesə sahiblənib. O, təkcə, topdansatış işlərini deyil, həmçinin ölkə üzrə digər topdansatış işlərini reallaşdırmaq istəyənlər üçün lisenziyaların verilməsi səlahiyyətinə malikdir.
JAMAZ.İNFO-nun dəqiqləşdirmələrinə görə, hal hazırda siqaret məhsullarının topdansatışını həyata keçirmək üçün tələb olunan lisenziyanın dövlət rüsumu 300 manat olsa da, Arif Feyziyev bu lisenziyanı 50 min dollara satır. O da “hər yoldan keçənə” deyil, xüsusi olaraq tapşırılmış şəxslərə satıla bilər.
Qeyd edək ki, deputat Cavanşir Feyziyev təkcə siqaret biznesiylə məşğul olmur. O, həmçinin ölkədə “dərman mafiyası”nın ən aparıcı fiqurlarından biri hesab olunur. “Avromed” kimi tanınmış həmin dərman firmasının adı isə ölkəyə keyfiyyətsiz dərman gətirilməsindən tutmuş, tender maxinasiyalarına, habelə monopolistlik etməyə qədər hər işdə hallanıb. İndi isə yeni, elə dərman biznesi qədər gəlir gətirən siqaret ticarətini tam nəzarətinə almağa nail olub.
Xatırladaq ki, Azərbaycanda hər il 1 milyard ədəd siqaret satılır. Ölkə daxilində siqaret satışının illik dövriyyəsi 500-700 milyon manata yaxın pul təşkil edir.