Əməkdar artist 40 illik sirrini açdı: “Həyat yoldaşım rəhmətə gedəndən sonra Səyavuş Aslanla … “
RB TV-nin “Elgizlə izlə” verilişinin növbəti qonağı Əməkdar artist Təranə Vəlizadə olub.
Sənətçi illər öncə Xalq artisti Səyavuş Aslanla haqqında yayılan şayiələrə aydınlıq gətirib:
“Həyat yoldaşım rəhmətə gedəndən sonra depressiyaya düşdüm. İllərlə xəstə yatdım. Özümə gələ bilmirdim. Ayılanda da eşitdim ki, Səyavuşla haqqımda söz-söhbət yayılıb.
Hər kəsin arxa-dayağı var idi. O məqamda mənim heç kimim yox idi. Məni sahibsiz bilib adıma belə söz çıxardılar. Mən qayınanamla birgə yaşayırdım. Abır-həyama bükülən adamam. Başımı qaldırıb heç kəsin üzünə baxan olmamışam, artıq danışmamışam. 40 ilə yaxındır bu söhbəti ürəyimdə saxlayıram. İndi də utana-utana deyirəm”.