azia.az
azia.az

 Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi - İLGİNC

27-01-2021, 14:15

Astara rayonunda maraqlı hadisə baş verib. Belə ki, 2 il öncə rüşvətə etiraz etdiyi üçün məktəbdən çıxarılan və haqqında “dəli kağızı” düzəldilən başıbəlalı müəllim Fuad Mehrəliyev medianın və ictimaiyyətin aktivliyindən sonra rayon təhsilinə geri qaytarılıb.
  Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi - İLGİNC
Yenisabah.az xəbər verir ki, bu barədə “Astaranın Gənc Alimləri” təşkilatı məlumat verib.

İxtisasca ingilis dili müəllimi olan Fuad Mehrəliyev 2017-ci ildə Astara şəhər 2 saylı tam orta məktəbdə işə başlayıb. Bir müddət sonra işçilərdən tələb olunan “haqqı” vermək istəməyib və buna sosial şəbəkədə etiraz etdiyi üçün Astara Təhsil şöbəsi rəhbərliyinin hədəfinə tuş gəlib.

Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi

2018-ci ilin iyulunda Təhsil şöbəsinin yeni müdiri Rəşad Həsənov müəllimin onun işçisi Emin Fətullayevi döydüyünü iddia edib, beləliklə də F.Mehrəliyevi “psixi xəstə” və “müəllimliyə yararsız” elan edərək məktəbdən kənarlaşdırıb.

Hətta müəllim məcburi şəkildə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına salınıb...

Haqqını media ilə yanaşı, məhkəmədə də arayan F.Mehrəliyev hakimlərin mübahisəli qərar çıxarmasından sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək qərarına gəlib. Bu isə rayon Təhsil müdirini daha da təşvişə salıb. Və o, 2018-ci ildə biabırçı şəkildə məktəbdən çıxartdığı müəllimin 2020-ci ildə geri qayıtmasına razılaşmalı olub.

Beləliklə də F. Mehrəliyəv imtahan verərək, 2 il sonra Astara rayonunda məktəbə qayıdıb.

Qeyd edək ki, bu, Astara rayonunda ikinci analoji hadisədir. Daha öncə isə, 2020-ci ilin may ayında, Astara şəhər 6 saylı məktəbin keçmiş psixoloqu Daşqın Əliyev 2 ildən sonra işə qaytarılmışdı. O isə, şagirdlərin bullinqə məruz qalmalarına və direktor Elçin Mirzəzadənin özbaşınalığına etiraz etdiyi üçün Rəşad Həsənov tərəfindən işdən çıxarılmasına “qol çəkilmişdi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi