Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto
İllərdir yağı düşmən tapdağı altında inildəyən müqəddəs torpaqlarımız axır ki,öz azadlığına qovuşdu. Bəli,azadlıq ifadəsi asan deyilir,amma onu əldə etmək heç də asan başa gəlmir. Azadlığı əldə etmək üçün,insan şirin canından,qanından keçməyi bacarmalıdır. Bunu isə yalnız qeyrətli,şücaətli,namuslu və cəsur insanlar edə bilərlər. Bəs görəsən kimlərdir o qeyrətli oğullar? Bu sual çoxlarını düşündürdüyü üçün,sosial şəbəkə üzərindən kiçik bir araşdırma aparmaq qərarına gəldik. Bu gün sona varan araşdırmalarımızın nəticələrini sizlərlə bölüşməyi qərara aldıq. Odur ki,yaxın oturun həmsöhbət olaq.
Bəli,əvvəldə də söylədiyimiz kimi,illərdir yağı düşmən tapdağı altında olan müqəddəs,tarix,əzəli və əbədi torpaqlarımız,axır ki,qeyrətli,qüdrətli,cəsur,namuslu,dürüst və halalzadə oğullarımızın sayəsində azad edildi. Yaxşı-yaxşı diqqət edin ki,halalzadə cümləsi əbəs yerə qeyd olunmayıb. Qeyd etdiyimiz kimi, "DogruXeber" informasiya agentliyi olaraq apardığımız araşdırmaların yekun nəticəsində məlum oldu ki,vətən müharibəsində döyüşən igidlərimizin 99.99% sadə,kasıb,fəqir və yoxsul ailələrin övladlarıdır ki,bu gün öz şirin canlarından,qanlarından keçərək,vətən uğrunda şəhid,qazi olublar. Bəli,düz eşitdiniz,o şəxslərin evladlarıdır ki,yedikləri ruzi halal nemət olmuşdur. Məhz o halal nemətin nəticəsidir ki,canında,qanında tüğyan edən vətən,millət və dövlət sevgisi onları bu cəsur addımı atmağa şövq etdirmişdir.
Amma çox əfsuslar olsun ki,dövlətin sərvətini,millətin haqqını və vətənin səfasını mənimsəyən,yüksək çinli məmurlar,"xod" gedən müğənnilər,xırda məmurlar və nəhayət İcra başçılarının övladlarıdır ki,,nədənsə bu döyüşlərdən kənarda qalıblar. Görəsən bunun səbəbi nədir? Əlbəttə ki,bunun müxtəlif səbəbləri var. Amma mən hesab edirəm ki,bunun ən başlıca səbəblərindən biri,haram ruzi ilə qidalanmalarıdır. Bu məsələnin bir tərəfi,keçək məsələnin digər tərəfinə.Hamıya yaxşı məlumdur ki,ölkə Prezidenti,Silahlı qüvvələrin Ali Baş Komandanı,müdrik siyasətçi,yenilməz sərkərdə cənab İlham Əliyev atdığı qələbə imzası tarixin ən üstün imzalarından biridir. Ölkə başçısının bu cür müdrik siyasətinin nəticəsində həm ölkənin ərazi bütövlüyü təmin edildi,həm də Naxçıvan Muxtar Respublikasına avtomobillə gedib gəlmək problemi öz həllini tapmışdır. Bu isə qələbə üstündən qələbə qazanmaqdır ki,bunu da cənab Prezident uğurla həyata keçirdi.
Bu cür yüksək qələbələr xalqın sevincini coşduraraq,dövlətə yaxın olmalarını daha da gücləndirir. Təəssüflər olsun ki,daxildə bəzi dövlət qurumları var ki,səhlənkarlıqları,məsuliyyətsizlikləri və özbaşınalıqları bir çox hallarda bu sıx birləşmələrə qarşı səbəb olurlar. Bir neçə gün öncə sosial mediada Goranboy rayon İH-nin başçısı Məhərrəm Quliyev haqda dərc olunmuş yazı diqqətimizi olduqca özünə cəlb etdi. Belə ki, "Gündemxeber.az" saytı yazır ki,düşmənlə həmsərhəd olan rayon sakinlərinə rayon rəhbərindən heç bir mənəvi dəstək olunmur. Hətta başçının kabinetindən bayıra çıxmadığı da qeyd olunmuşdur. Çox maraqlıdır,nə üçün bu cür həssas məqamlarda rayonun səlahiyyətli şəxsləri rayon sakinlərinə mənəvi dəstək vermirlər?
Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma...