Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var - RƏSMİ
“Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb”.
Azia.Az xəbər verir ki, Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətin arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.