azia.az
azia.az

Qarabağ separatçıları liderinin mətbuat katibi: " Qubadlı uğrunda qızğın döyüşlər gedir"

20-10-2020, 13:52


Bir neçə saat əvvəl Qarabağ separatçılarının liderinin mətbuat katibi Vəhram Poqosyan özünün Facebook səhifəsində Azərbaycan ordusunun Qubadlı rayonunun Xanlıq (erməni işğalından sonra separatçılar bu kəndi İşxanadzor adlandırıb) kəndinə yaxınlaşdığını bildirdi.

Qubadlı rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.


Bundan sonra erməni Facebook seqmentinin bir çox istifadəçisi Azərbaycan qoşunlarının sürətəi irəliləməsinə təəccübləndiyini ifadə edib. Ermənistan hakimiyyəti isə cəbhədəki real vəziyyəti ictimaiyyətdən gizlədir.


Qeyd edək ki, 2019-cu ildən bəri separatçı qurum Xanlıq kəndinin qanunsuz məskunlaşma siyasəti yeridir və o ərazini Suriya erməniləri ilə məskunlaşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi