azia.az
azia.az

Yardımlı təhsilində biabırçılıq: Təhsil müdrinin direktor qohumu müəllimi döyüb xəstəxanalıq etdi - VİDEOMÜSAHİBƏ

28-09-2020, 16:02

Yardımlı təhsilində biabırçılıq: Təhsil müdrinin direktor qohumu müəllimi döyüb xəstəxanalıq etdi - VİDEOMÜSAHİBƏ
Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı mükəmməl ictimai - siyasi təcrübə Azərbaycan Respublikasının, onun dövlətçiliyinin möhkəmlənməsində, iqtisadiyyatın və digər sahələrin inkişafında özünü açıq göstərdiyi bir vaxtda, təəssüflə qeyd etməliyik ki, Yardımlı rayon təhsilndə olan acı gərçəklər heç də günün reallığını əks etdirmir.

Çünki illərdir Yardımlı təhsilnə rəhbərlik edən Manaf Səlim oğlu Səmədzadə ələ keçirdiyi vəzifədə öz qanunlarını tətbiq edir, təhsil-məktəb münasibətlərini özü tənzimləyir desək yerinə düşər. Bu da istər-istəməz Yardımlı təhsilinin qocaman və savadlı kadrlarında narazılıq yaradır və nəticədə belə çirkin əməllər Azərbaycan təhsilindəki islahatlara kölgə salır, kökündən zərbə vurur.

Yardımlıda direktor müəllimi döydü-iddia
Yardımlı təhsilində biabırçılıq: Təhsil müdrinin direktor qohumu müəllimi döyüb xəstəxanalıq etdi - VİDEOMÜSAHİBƏ
Təhsil sahəsində aparılan islahatların prioritetliyi, həmçinin bu sahədəki kadr çatışmazlığı bəzən mənfi nəticələr də doğurur. Elə Yardımlı rayon Milli Qəhrəman Bəhruz Mansurov adına Televar kənd orta məktəbinin direktorunun məktəbdə yaratdığı özbaşınalıq və digər neqativ halın ictimai təsiri kifayət edər ki, bu aşağılayıcı məqamlar diqqət çəksin.


Yardımlı rayon Televar kənd sakini, Milli Qəhrəman Bəhruz Mansurov adına Televar kənd orta məktəbinin müəllimi Sultanov Əlməddin Malik oğlu azia.az-a video müraciət ünvanlayıb.



Şikayətçi Sultanov Əlməddin Malik oğlu məktəbin direktoru tərəfindən döyüldüyünü, təqib olunduğunu, təhsil şöbəsinin müdiri Manaf Səlim oğlu Səmədzadənin və təhsildə vəzifə tutan qohumları tərəfindən haqsızlığıa uğradığını bildirir.
Yardımlı təhsilində biabırçılıq: Təhsil müdrinin direktor qohumu müəllimi döyüb xəstəxanalıq etdi - VİDEOMÜSAHİBƏ
Şikayətçi qeyd edir ki, məktəb direktoru öz haqqını tələb edən müəllimlərə də ultimatum verir ki, mən heç kimdən qorxmuram, arxamda çox güclü insanlar var. Hətta yaxın qohumu Manaf Səlim oğlu Səmədzadə vasitəsi ilə də hədə-qorxu gəlir. Mənim bütün dərs saatlarımı yaxın qohumu Kubalıyev Bakirə verib. Gedin, kimə istəyirsiniz, şikayət edin. “Maraqlıdır ki, işdə yol verdiyi nöqsanlara görə direktor vəzifəsindən müavin vəzifəsinə endirilən İlqar Kubalıyev 5 ildir ki, müavin kimi məktəbə rəhbərlik edir. Təhsil şöbəsinin müdiri Manaf Səlim oğlu Səmədzadə qohumuna “jest” edərək məktəbin 5 ildir boş qalmış direktor yerinə təyinat olmasına müxtəlif yollarla mane olur. Direktor əvəzi İlqar Kubalıyev təhsil şöbəsinin müdiri yaxın qohumu Manaf Səlim oğlu Səmədzadə ilə əlbir olmaqla məktəbin nüfuzunu gözdən salır, bu təhsil ocağının ictimaiyyətə bəlli olan hörmətini azaldır.

Dərs bölgüsü üstündə mənə qarşı yaranan mübahisə və zorbalıq sonda mənim döyülməyimlə, ağır xəsarət almağımla nəticələndi. Belə ki, İlqar Kubalıyevin kürəkəni, riyaziyyat müəllimi olmağına baxmayaraq məktəbdə başqa fənnləri də tədris edə bilir. Məktəbdə kompüter sistemi qurulmasa belə, direktor yaxın qohumu Tağıyev Xəyyam Məlikağa oğluna yeni ştat açmaqla bu sahəni ona həvalə edib. Yuxarı sinif şagirdlərinin adları var, özləri Bakıda repititor yanına gedirlər. Məktəbdə adı olub özü olmayan müəllimlərin maaş kartları direktorun cibindədir.

Bu qədər qanunsuzluq, özbaşınalıq və yeyinti olan məktəb və rayon təhsil şöbəsi rəhbərliyi bu problemləri həll etmək əvəzinə, mənə qarşı müxtəlif yollarla davamlı təxribat və şantajla məşğuldurlar.

Qeyd etdiyim məqamlar məktəblərdəki problemlərin yalnız bir qismidir. Bütün bu baş verənləri öz şikayətimdə yazdığım üçün mənə qarşı mütəşəkkil şantaj və təxribat işi aparırlar.Hətta direktor daha da irəliyə gedərək məni yaxın qohumları ilə birləşərək döydürüb xəsarət yetirtdirdi.

Direktora yaxın müəllimlərin günlərlə dərsə gəlməməsi, davamiyyətin olduqca aşağı olması və s. kimi faktlar bu məktəb rəhbərliyinin ənənəvi iş prinsiplərindəndir” – deyə şikayətçi Sultanov Əlməddin Malik oğlu bildirib...

Ətraflı videomüsahibədə:
https://www.youtube.com/watch?v=lcnijskAfQk&feature=youtu.be

Biz də redaksiya olaraq qarşı tərflə əlaqə saxlamağa çalışdıq, təəssüflər olsun ki, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. Bu cür şəxslər ümummilli lider Heydər Əliyevin çox yüksək dəyər verdiyi müəllim adını da hörmətdən salır, digərlərində də pis vərdişlərə yol açır.

Əminik ki, Baş prokurorluq və Təhsil Nazirliyi adıçəkilən məktəblə bağlı ciddi araşdırma aparacaq, göstərilən faktlar əsasında dövlətçilik naminə ciddi addımlar atacaq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi