azia.az
azia.az

MİDA-nın sevimlisi olan Göygöl “Qranit Beton” MMC... – vergidən necə yayındırılır?

7-08-2020, 19:38

MİDA-nın sevimlisi olan Göygöl “Qranit Beton” MMC... – vergidən necə yayındırılır?
Respublikamızda aztəminatlı ailələrin yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Bakıda və Gəncədə sosial evlərin tikintisi aparılır. İnşaat işlərini Mənzil İnşaatı Dövlət Agentliyini tərəfindən tenderlə müəyyənləşdirilmiş tikinti şirkətləri həyata keçirir. Ancaq burada iki diqqət yetiriləsi vacib məqam var. Birincisi, elan edilmiş tenderlərin şəffaflığı və tenderləri qazanan şirkətlərin kimlərə məxsus olması, ikincisi isə tenderi udmuş şirkətlərin mal-materiallarla təminatını həyata keçirən firmaların, MMC-lərin yuxarılanın tapşırığı əsasında seçilməsi və onların külli miqdarda vergidən yayınmalarıdır.
Hazırkı məqamda birinci məsələnin hüquqi sənədləşməsi başa çatdığından kiməsə nəyisə sübut etnək çətindir. Ancaq ikinci məsələyə,yəni vergidən yayınma məsələsinə müvafiq qurumların müdaxilə etməsi və ciddi hüquqi tədbirlər görməsi mümkündür və mütləqdir.
RealMedia.az xəbər verir ki,etibarlı mənbədən Dunyaninsesi.info saytının redaksiyasına daxil olan məlumatlara görə, külli miqdarda vəsaiti vergidən yayındıran firmalardan biri də Göygöl rayonu ərazisində fəaliyyət göstərən “Qranit Beton” MMC-dir. Adıçəkilən MMC Gəncədə sosial evlərin tikintisini aparan şirkətlərin beton təminatını həyata keçirməklə yanaşı, tikintini otsep, qum, sement, müxtəlif ölçülü çınqıllar və qatqı kimi komponentlərlə də təmin edir. Amma, məsələnin başqa maraqlı bir tərəfi var. “Qranit Beton” MMC yuxarıda sadalanan komponentləri istehsal edə bilmədiyi halda, bu təminatı necə həyata keçirir. Bunu müəyyən etməyin yolu isə “Qranit Beton” MMC bu materialları hansı təşkilatdan alınması barədə rəsmi sənədləri hüquqi şəkildə araşdırmaqdır. Əks halda bunu müəyyən etmək çətin olacaq. Çünki “Qranit Beton” MMC sosial evləri tikən iş icraçısı şirkətlərə betondan əlavə satdığı məmulat və materialları şəxsi istifadəsi qismində alır və onlara necə deyərlər “çöldən-çölə” satır.
Bununla da “Qranit Beton” MMC və digər istehsalçı şirkətlər bu məhsulların alqı-satqısını rəsmiləşdirmir və dövlət büdcəsinə ödəniləcək milyonlarla vəsaiti gizləyir. Konkret desək, öz ciblərinə qoyur. Əgər “Qranit-Beton” MMC-nin mal-materiallar üzrə qaiməsinə, idxal və ixrac sənədlərinə vergi və audit yoxlaması tətbiq edilərsə, müəssisədə çox ciddi qanun pozuntuları üzə çıxacaqdır.Hətta, ekspertiza təyin edilməklə enrji və digər kommunal sərfiyyatlar üzərə hesabat aparılarsa, iddia edilən vergi ödəməkdən yayınma halları öz təsdiqini tapar.
Bir sözlə,Gəncədə tikilən sosial evlərin tikintisində istifadə olunan sement, mişar daşı, kərpic, qum, və sair materialların hansı təşkilatdan alınması yoxlanılarsa yenə də külli miqdarda vəsaitin vergidən yayınma halı çılpaqlığı ilə müəyyən olunacaqdır.
Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azlmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat nazirliyinin tabeliyinə veriləndən sonra (Hətta,Mikayıl Cabbarov Vergilər naziri olan vaxdan) “kıraşası” olan “yatağan” müəssisə və şirkətlərin uzun illədir ki,külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı.Və proses davam edir…
Başqa bir diqqətçəkən məqam isə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncədə tikilən sosial evlərin inşaasına heç bir yerli tikinti şirkətinin iştirakını təmin etməməsidir. Baxmayaraq ki, tenderə həm Gəncədən, həm yaxın bölgədən onlara şirkət qatılıb. Deməli, görünən odur ki, dövlətin müyyən sturukturlarında yüksək vəzifə tutan “yekə dayı”ların çətiri altında olan Bakı şirkətləri milyonlar qazanmalı,ancaq yerli şirkətlər pandemiyanın bu ağır dönəmində iqtisadi baxımdan tam çökməlidir…
Bütün bunları təhlil edən zaman ortaya bir sıra suallar çıxır. Görəsən,Mənzil İnşaatı Dövlət Agentliyini “Qaranit Beton” MMC ilə hansı maraqlar bağlayır ki, sosial evlərin tikintisinə sərf edilən sement və betonu həm ondan alınır, həm də sözügedən MMC-nin texniki vastələri ilə daşınır? Bu hal ölkənin ikinci ən böyük şəhəri olan Gəncə sahibkarlarına qarşı ayrı seçkilik və inhisarçılıq deyilmi?
Qeyd edək ki, Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikintisi aparılan ərazidə vətəndaşlara məxsus olan torpaq sahələri sabiq icra başçısı Elmar Vəliyev tərəfindən alınmış və hazırki, başçısının dönəmində belə torpağın mülkiyyətçilərinə bu günə qədər bir manat da olsun kompensaiya ödənilmməmişdir. Bu ölkə vətəndaşlarının konustitusiyada təsbit olunmuş mülkiyyət hüququnun pozulması demək deyilmi?
Məlumat üçün onu da qeyd edək ki,28 iyul 2020-ci il tarixdə “Araz İnşaatçı” MMC-nin tikdiyi binadan Tağızadə Allahverdi Xasay oğlu yıxılaraq ölüb. Bu hal həm də onun göstəricisidir ki, sözgedən tikinti sektorunda fəaliyyət göstərən şirkətlər vətəndaşların texniki təhlükəsizliyini təmin etmədən tikinti aparır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki,külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Qranit Beton” MMC-nin fəaliyyəti yoxlanılacaq.
*****
Hal-hazırda Göygöl “Qranit Beton” MMC Şəmkir rayonu ərazisində yerləşən Yenikənd “su” anbarının yenidən qurulmasına 35 min kub metr beton məhlulu müqaviləsinin icrasına başladığı gələn xəbərlər sırasındadır.

Teref.AZ olaraq yazıda adı keçənlərin, eyni zamanda MİDA-nın mövqeyini dərc etməyə hazırıq. //RealMedia.az//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi