Nazirlikdən Bakıda yayılan pis qoxu ilə bağlı AÇIQLAMA
"Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iyin - qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb"
Bu fikri Azia.Az-a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
İy - qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
O, qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb.