Pediatrdan XƏBƏRDARLIQ: Uşaqlar torpaq yeyirsə…
Azia.az: Balaca uşaq hər şeyi tanımaq məqsədilə ağzına qoyur. Bu, pika (pika xəstəliyi-bu xəstəliyi olanlar daş, torpaq, kömür, təbaşir yeyirlər-red.) xəstəliyi sayılmır. e-tibb.az xəbər verir ki, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Onun sözlərinə görə, iki yaşdan yuxarı uşaqlar yeyilməyən şeyləri (çiy düyü, buz, suvaq, qum, kül, palçıq və s.) yeyirsə, pikadan şübhələnmək olar. Həkim bildirib ki, son vaxtlar artan autizm spektr pozğunluqlarında, bəzi zehni inkişaf geriliklərində müşahidə olunsa da, ən çox dəmir və sink çatışmazlığı sayılır. Onun sözlərinə görə, bu, yuxarı yaşlarda isə hamiləlik əlaməti kimi görülür: "Nəzəri olaraq orqanizmdə çatışmayan mineralların torpaqda olduğunu və bununla defisitin tamamlandığını iddia edən fikirlər vardır. Torpaq yemə (geofaqiya) heyvanlar aləmində də geniş yayılmış davranışdır: toyuqların həzmi yaxşılaşdırma məqsədilə quç, çınqıl udmasını hamı görüb. Bəzi yerlərdə müalicə məqsədi ilə torpaq və gil yeməyin pika ilə əlaqəsi yoxdur. İndoneziyanın Taban kəndində torpaqdan “ampo” adlı yemək bişirirlər və onunla ağrıların azaldığını iddia edirlər".
Pediatr deyib ki, pika əlaməti görüldüyü təqdirdə səbəbinin araşdırılması üçün həkimə müraciət etmək lazımdır.