azia.az
azia.az

16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan Güləliyevin işi

10-06-2020, 15:23


Beynəlxalq terror təşkilatlarında partlayıcılar düzəltmək üzrə mütəxəss olan və DTX tərəfindən axtarışa verilən şəxs hakim qarşısına çxıarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində 16 il axtarışda olan Bəhram Güləliyevin cinayət işi üzrə məhkəmə iclası başlayır. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.
16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan Güləliyevin işi
Rəsmi məlumata görə 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.



Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.



DTX-da dindirilən zaman B.Güləliyev əməllərini etiraf edib.

Ona qarşə Cianyətlə Məcəlləsinin 214.2.6-cı (terrorçuluq; dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əməl sübuta yetirilərsə, onu 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İlkin Muradov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi