azia.az
azia.az

Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO

4-06-2020, 15:30

Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO

Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO
Mətbuatdan məlum olduğu kimi 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib.

İddialara görə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də bu olub. Hərçənd bu səbəb kimi inandırıcı görünmür, çünki bu məsələyə görə xanım diplomat hələ ki cəzalandırılmayıb və işindədir.

Amma söhbət 500 min avro dəyərində xalçadan gedir. Olsun 100 min, 50 min, 10 min!

Maraqlıdır ki, bu iddialar Xanım İbrahimova ilə bağlı indi sizə təqdim edəcəyim məlumatla üst-üstə düşür.

Belə ki, xanım diplomat və həyat yoldaşı Aydın Hüseynov hələ 4 il əvvəl Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının lap yaxınlığında 320 EAST 46TH ST #4E ünvanında COLON JUAN & HANSFORD TANISHA adlı cütlükdən dəyəri 165.000 dollar olan 73,6 kvadratmetrlik (793 ft kvadrat) ikiotaqlı mənzil alıb. Mənzil üçün 2016-ci il yanvarın 14-də həmin məbləğ ödənilib.

Əmlak kodu 0910_22_1.01_C0213 olan mənzilin illik vergisi 5,459.78 təşkil edir.

Xatırladaq ki, bu barədə məlumatı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yayıb.
Qlobal.az
Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO
Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO
Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO
Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi