azia.az
azia.az

"Mənim oğlumun ölümü barədə açılmış cinayət işi saxtakarlıqla qanunsuzluqla istintaq edilir."- Əskər atası İlham Əliyevə müraciət etdi

1-06-2020, 11:32


Teref.az-ın elektron poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik! Oğlu h/h həlak omuş ata İlham Əliyevə müraciət edərək yazır:
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
"Mənim oğlumun ölümü barədə açılmış cinayət işi saxtakarlıqla qanunsuzluqla istintaq edilir."- Əskər atası İlham Əliyevə müraciət etdi
Göyçay rayonu Mallışıxlı kənd sakini Məhərrəmov İlham İsmayıl oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim oğlum Məhərrəmov Bəhram İlham oğlunun həbbi xidmət keçən zaman hərbi hissəsə ölməsinə dair açılmış cinayət işi qeyri obyektiv araşdırlıb cinayət törətmiş şəxslər məsuliyyətdən kənarda saxlanılmışdır.
Belə ki, oğlum 20.01.2002-ci il tarixdə anadan olmuş Bəhram Məhərrəmov 24.01.2020-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı trəfindən hərbi xidmətə aparılmışdır.O hərbi xidmətini Sərhəd Qoşunlarının Yevlax rayon ərazisində yerləşən 2025 nömrəli hərbi hissəsində keçirdi.
Hərbi xidmətə getdikdən 3 ay sonra 24 mart 2020-ci il tarixdə andiçmə mərasimində iştirak etdik həmin vaxt oğlum Bəhram gümrah və sağlam idi.Həmçinin bir dəfə də məzuniyyətlə evə gəldi.17 aprel 2020-ci il tarixdə oğlum Bəhramla telefon əlaqəsi yaratdıq.
24 aprel 2020-ci il tarixdə zəng edib məlumat verdilər ki, oğlunuz xəstəlikdən vəfat edib.Ölümün səbəbi kimi göstərilib ki, oğlunuz başından sətəlcəm olub deyə vəfat edib. Oğlumun ölməsinə görə açılmış cinayət işi Qarabağ hərbi prokurorluğunda istintaq aparılır.İstintaq saxtakarlıqla, qeyri obyektiv aparılır.Çünki oğlumun ölümünə səbəbkar 2025 nömrəli hərbi hissənin həkimləri olmuşdurlar.Oğlum həqiqi hərbi xidmətə tam sağlam gedib, bundan sonra bir dəfə evə gəlib, bir dəfə biz hərbi hissəyə getmişik və ölümündən bir həftə əvvəl telefonla danışmışıq.O, tam sağlam görünürüd və səhhətindən heç bir şikayəti olmayıb.
Hərbi hissənin tibbi bölməsində ona səhv iynə vurulub deyə şoka düşüb həkim səhlənkarlığına görə vəfat edib.
Mənə hərbi hissənin komandiri deyir ki, 24 aprel 2020-ci il tarixdə oğlun Bəhramin səhhəti pisləşdi deyə onu təcili Gəncə şəhərinə xəstəxanaya aparan zaman yolda vəziyyəti ağırlaşdı deyə yarım yoldan qaytardıq Yevlax rayon xəstəxanasına orada vəfat etdi.Ancaq Yevlax rayon xəstəxanasının həkimi bizə dedi ki, sənin oğlun Bəhrəm Məhərrəmov bura öləndən bir neçə saat sonra gətirilib.
Bu və digər ziddiyyətlər tam subut edir ki, oğlum sıravi əsgər Bəhram Məhərrəmov 2025 nömrəli hərbi hissənin həkimlərinin səhlənkarlığı nəticəsidnə dünyasın dəyişib.Mənim oğlumun ölümü barədə açılmış cinayət işi saxtakarlıqla qanunsuzluqla istintaq edilir.
Ekspert həkim bizə deyir ki, oğlnuz Bəhrəm sətəlcəm olub, ürəyində, ciyərində probelm olub.Həmçinin başqa bir xəstəliyidə olub ancaq onu sizə deyə bilmirik.
Bu müəmmalı ziddiyətli cavab bir valideyin kimi məni çox narahat edir. Bu cinayət törətmiş şəxsin müdafiəsi gizlədilməsi üçün cinayətin üstünü ört-basdır edilməsi üçün uydurmalardır ki, bir qrup vəzifəli şəxs əlbir olub bunu edirlər.
Mən oğlumun ölümündən 3 gün sonra infarkt keçirmişəm.Artıq ölümümü gözümün önünə almışam. Bəhrəm ailəmizin tək oğlu idi.O, uşaqlıqdan sağlam böyüyüb səhhətində heç bir şikayəti olmayıb tamsağlam şəkildə hərbi hissəyə aparılıb ki, buna dair sənədlər var.
Azərbaycan Respublikasında hüquq sistemi güclü qurulub, hər bir cinayətin üstü obyektiv araşdırma nəticəsində açılaraq cinayət törətmiş şəxs məsuliyyətə cəlb edilib qanun qarşısında cavab verir. İnanıram ki, şikayət ərizəm obyektiv araşdırılacaq cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilib layiqli cəzalarını alacaqlar.
Konkret olaraq hərbi hissənin tibbi bölməsində oğlum sıravi əsgər Bəhram Məhərrəmova səhv iynə vurulub deyə şoka düşüb həkim səhlənkarlığına görə vəfat edib.
Buna görə Sizdən xahiş edirəm oğlum Bəhramin ölmü üzrə açılmış cinayət işi Qarabağ hərbi prokurorluğundan alınıb başqa prokurorluğa verilsin, saxta rəyi vermiş ekspert və oğlumun ölümünə səbəb olmuş həkim (və ya həkimlər) cinayət məsuliyyətinə cəlb edilsinlər.
Əlaqə telefonu; 050 395-29-31

İmza; Məhərrəmov İlham İsmayıl oğlu.
Teref. az olaraq aidiyyatlı orqanlarında mövqeyini dərcedə bilərik!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi