azia.az
azia.az

“Koronaviruslu” maska və əlcəkləri Xəzərə kim atıb?

1-06-2020, 11:17



“Koronaviruslu” maska və əlcəkləri Xəzərə kim atıb?
“Koronaviruslu” maska və əlcəkləri Xəzərə kim atıb?
Türkmənistanın Xəzər sahilindəki Türkmənbaşı və digər şəhərlərinin sakinlərinə dənizdə çimmək, sahildə gəzmək və balıq tutmaq qadağan edilib.

Virtualaz.org “Türkmənistan Xronikası”ına istinadən xəbər verir ki, polis naryadları hazırda həmin şəhərlərin ətrafında Xəzər sahili boyu patrul həyata keçirir.

Qadağanın səbəbi açıqlanmır, amma yerli sakinlər dənizdə üzən zibil, o cümlədən tibbi maskalar və əlcəklər gördüklərini deyirlər. Bununla bağlı belə ehtimal yaranıb ki, zibili axın İrandan gətirib və dənizdə çimməyə, balıq ovuna qadağa qoyulması koronavirusa qarşı profilaktik tədbirlərlə bağlıdır.


“Koronaviruslu” maska və əlcəkləri Xəzərə kim atıb?
Bundan əvvəl Türkmənistanın Daşoğuz vilayətində də yerli su anbarlarında və kanallarda çimmək, balıq tutmaq qadağan edilmişdi. Həmin vaxt sakinlər deyirdilər ki, guya ölkəyə qonşu Özbəkistandan COVİD-19 virusuna yoluxmuş maska və əlcəklər üzüb gəlir. Həmin vilayətdə balıq ovuna nəzarət müfəttişləri və polislər su anbarlarının sahillərində balıq tutanları qovurlar, bildirirlər ki, Özbəkistan sakinləri virusa yoluxmuş zibili çaya atırlar və bu da Türkmənistana axıb keçə bilər. Qeyd olunur ki, hətta Özbəkistanla əlaqəli olmayan sututarlarda da balıq ovuna icazə verilmir.



Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov mayın 15-də hökumətin iclasında Xəzərdə və Türkmənbaşıdan 12 kilometr məsafədə yerləşən “Avaz” turist zonasında çimməyə qadağa qoyub. O bildirib ki, dünyada koronavirusla bağlı mürəkkəb vəziyyət hökm sürür və 2020-ci ildə turizmi məhdudlaşdırmaq, vətəndaşların Xəzərdə və Avazda çimməsinə qadağa qoymaq lazımdır.

Türkmənistan hakimiyyəti bu günə qədər ölkədə koronavirusun qeydə alındığını təsdiq etmir, bu ölkədə “koronavirus” sözünə qadağa qoyulub, maska taxanlar isə cəzalandırıla bilər.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi