Grand Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
Grand Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
Bu gün cəmiyyətin böyük əksəriyyətini narahat edən məsələlərdən biri də Hotel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalardır. Şəhərin müxtəlif ərazilərində belə məkanların açıq şəkildə fəaliyyət göstərməsi gələcəkdə qeyri-sağlam cəmiyyətin olmasına əsaslı bir mənbədir.
Maraqlıdır, bəs görəsən bu cür fəaliyyət göstərən məkanlar kimlər tərəfindən himayə olunur? Təbii ki,bu cür suallar hər kəsi düşündürdüyü kimi ,bizim də diqqətimizdən kənarda qalmadı.
Belə ki,sözügedən məsələ ilə bağlı “Dogruxeber.az” informasiya agentliyinin redaksiyasına Binəqədi rayon ərazisində Grand Hotel adı altında fəaliyyət göstərən məkanla bağlı maraqlı məlumatlar daxil olmuşdur.
Məlumatlarda bildirilir ki, Bakının Binəqədi rayon Əcəmi Naxçıvanski küçəsində Hotel kimi fəaliyyət göstərən məkanda sözün əsl mənasında əxlaqsızlıq baş alıb gedir. Bu məlumatı əldə etdikdən sonra, sözügedən məkanda baxış keçirməyi qərara aldıq.
Karantin rejiminin tətbiq olunduğu vaxt, yəni -16.05.2020-ci il,saat 18:30 radələrində “Azerinfo.az” saytının baş redaktoru ilə birlikdə Binəqədi rayon Əcəmi Naxçıvanski küçəsində yerləşən Grand Hotel-də göstərilən fəaliyyətlə yaxından tanış olduq.
Məlumdur ki, Hotel kimi fəaliyyət göstərən məkanlar qanunvericilikdə nəzərdə tutulmuş qayda olaraq,qəbul etdikləri hər bir müştərinin kimliyinə dair sənədlərin təqdim olunmasını tələb edirlər.
Amma Grand Hotel adı altında fəaliyyət göstərən məkanda isə,bu tələblər tamamilə fərqlidir. Belə ki,məkana yaxınlaşan müştərilərdən ilk olaraq neçə qız,neçə oğlan olduqlarını soruşurlar.
Hətta bu azmış kimi, otaqların 5 saatını 25 manat,10 saatını isə 40 manata təqdim etmələri,yuxarıda qeyd olunan iddiaların reallığını əks etdirir.
Hesab edirik ki,tərəfimizdən ictimailəşdirilən məkanın hansı maraqlara xidmət göstərməsi hüquq-mühafizə orqanları tərəfindən diqqətə alınar.
Söz haqları olduğu üçün qarşı tərəfi də dinləməyə hazırıq..