KEÇMİŞ DEPUTAT OĞULLUĞUNU HƏBS ETDİRDİ
KEÇMİŞ DEPUTAT OĞULLUĞUNU HƏBS ETDİRDİ
Keçmiş deputat Cahangir Hüseynov oğulluğu İbrahim Hüseynovu həbs etdirib. Bu barədə “AzPolitika.info”-ya məlumatlı mənbədən informasiya daxil olub.
əlumatda bildirilir ki, İ. Hüseynov onun şikayəti əsasında oğurluqda ittiham edilib və barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Kürdəxanı İstintaq Təcridxanasındadır.
Qeyd edək ki, İbrahim Hüseynovla atası arasında mülk qalmaqalı yaşanır. Bu barədə mətbuata, o cümlədən “AzPolitika.info”-ya məlumat verən İ. Hüseynov onu doğma atasından miras qalmış mənzilini ələ keçirməkdə ittiham edirdi: “Mənim anam, Aygün Hüseynova 2002-ci ildə Cahangir Hüseynovla ailə qurub. Bu nikahdan sonra keçmiş deputat soyadını mənə verib. Daha sonra mərhum atam İlqar Əliyevin mənə miras qoyduğu Bakı şəhəri, Q.Ələsgərov küçəsi bina 11, mənzil 3 ünvanında yerləşən evimi ələ keçiriblər. Mən evimi tələb edirəm”.
İbrahim Hüseynov onu da bildirmişdi ki, Cahangir Hüseynov hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edib onu təzyiq altında saxlayır və müxtəlif hədə-qorxular gəlir: "Mənə zəng edib hədələyir, ünvanıma nalayiq ifadələr işlədir. Yaşadığım ünvana polis əməkdaşları gəlir, qohumlarıma qarşı müxtəlif təzyiqlər edilir. Mən, açığı, ondan qorxuram, kifayət qədər böyük maliyyə imkanları, əlaqələri var, mənə şər atdırıb hər an həbs etdirə bilər".
Mənbə saytımıza bildirib ki, hələ bir müddət əvvəl keçmiş deputatın Maştağadakı bağ evindən xeyli miqdarda qızıl-zinət əşyaları, qədim əşyalar yoxa çıxıb. Keçmiş deputat oğulluğundan polisə şikayət edib. Amma həyat yoldaşı – İbrahim Hüseynovun doğma anası Aygün Hüseynovanın müdaxiləsindən sonra iddiasından geri çəkilib.
Amma İ. Hüseynovun mənzil tələbindən geri çəkilməməsi, mətbuata açıqlamalar verməsi keçmiş deputatı hiddətləndirib və o şikayət ərizəsini təzələyib. Bu dəfə ailənin başqa üzvləri də İbrahim Hüseynovdan şikayətçi olublar.