Küçələrin dezinfeksiyasının faydasından çox zərəri ola bilər – Bakı meri
Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Azia.az xəbər verir ki, brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev iştirak edir.
Brifinqdə Eldar Əzizov küçələrin həftədə 2-3 dəfə dezinfeksiya olunması ilə bağlı məlumat verərək, əslində koronavirusla mübarizədə açıq havada dezinfeksiya işlərinin elə də effektli olmadığını bildirib.
“ Bu işlər köməkçi xarakter daşıyır. Dezinfeksiyanın tez-tez olunmasının ətraf bitkilərə, ağaclara, eləcə də vətəndaşların səhhətinə zərəri var.
Sakinlər maska taxmayıb, sosial məsafəni gözləməyincə, bu işlərin faydası olmayacaq”.