azia.az
azia.az

QHT sədri: "Vətəndaşların sosial müdafiəsilə bağlı ardıcıl tədbirlər həyata keçirilir"

16-04-2020, 03:32




qhtxeber.az “Ümumbəşəri bəlaya çevrilən koronavirusa (COVID-19) yoluxanların sayı 2 milyon ətrafındadır. Pandemiyanın təsirinə qalan insanların sayı isə dünya əhalisinin sayına bərabərdir desək yanılmarıq. COVID-19-un yayılması səbəbiylə dünya iqtisadiyyatına vurulan zərər trilyon dollarla ölçülməkdədir. Yaranmış vəziyyətlə bağlı əsas hədəf insanların sosial müdafiəsinin və sağlamlığının təmin olunmasıdır. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə pandemiyanın ölkə vətəndaşlarına, onların sosial müdafiəsinə və sağlamlığına ola biləcək təsirlərinin aradan qaldırılması ilə bağlı ardıcıl və mərhələli tədbirlər həyata keçirilməkdədir”.
QHT sədri: "Vətəndaşların sosial müdafiəsilə bağlı ardıcıl tədbirlər həyata keçirilir"
Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Təşkilat rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalamışdı. Sərəncama müvafiq olaraq dörd İşçi Qrup yaratdı: “Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrup qısa zaman kəsiyində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi məqsədi ilə müvafiq təkliflərlə çıxış etdi. Bildiyimiz kimi, həmin təkliflər əsasında artıq müvafiq tədbirlər görülməkdədir. Azərbaycan hökuməti məhz bu məqamda çevik alətlərdən istifadə etməklə, qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul etdi. Əvvəllər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron resurslarında işsiz kimi qeydiyyatın aparılması üçün tip proqram təminatı mövcud idi”.

Cəsarət Hüseynzadə bildirib ki, nazirlik prosesə fasilə verməməklə, eyni zamanda çevik formada 1 gün ərzində yeni müraciət pəncərəsi və müraciətlərin 4 gün müddətində rayonlar üzrə qruplaşdırmaqla vəziyyəti meydana çıxan texniki problemləri həll etdi: “Heç bir ölkədə öncədən hazırlıq görülmədən, eyni gündə bütün ölkə əhalisinin bir –neçə müraciətini qarşılayacaq elektron xidmət mövcud deyildir. Çox təəssüf ki, bəzi qruplar dövlət tərifindən vətəndaşların sağlamlığın qorunmasına və sosial müdafiəsinin təmin olunmasına yönələn fəaliyyətlərə qarşı qarayaxma mövqeyi tutaraq, faktları və rəqəmləri bilərəkdən saxtalaşdırmaqla vətəndaşlar arasında süni gərginlik yaratmağa çalışırdılar. Xüsusən qeyd etmək lazımdır ki, həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və əməkdaşları tərəfindən ölkənin bütün televiziya kanalları, elektron media və sosial şəbəkələr vasitəsi ilə geniş formatlı maarifləndimə kampaniyası təşkil olunudu. Maarifdəndirmə prosesində müxtəlif alətlərdən istifadə edilməklə informasiya əlçatanlığı təmin olundu”.

Təşkilat rəhbərinin sözlərinə görə, nazirlik tərəfindən məlumatların yoxlanılması və ödənişlərin edilməsi ilə bağlı ciddi və sürətli mexanizmlər qurulub. Nəticələr haqqında vətəndaşlara sms məlumatar verilir. Aprelin 9-dan başlayan bu proses çərçivəsində artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişi həyata keçirilib: “Azərbaycan dövləti koronavirus (COVID-19) pandemiyasından dövründə ölkə əhalisinin sosial müdafiəsini təşkil etmək üçün sosial siyasəti kompleks halında həyata keçirir. Çünki dövlət canlı bir orqanizmdir. Bu baxımdan sözügedən nazirlik tərəfindən növbəti addım ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bağlı oldu. Bildiyimiz kimi, məhz pandemiya vəziyyəti nəzərə alınaraq ünvanlı dövlət sosial yardımı almaq müddəti bitən aztəminatlı ailələrə bu yardım dayandırlmadı. Həmin aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadıldı.”

Təşkilat sədri vurğulayıb ki, pandemiya dövründə bir neçə qurumun iş yükü dəfələrlə artıb. Bu qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: “Nazirik və onun bütün yerli qurumları qeyri iş günlərində və xüsusi karantin dövründə gücləndirmiş iş regimində çalışırlar. Bu nazirlik qurum xüsusilə həssas sosial qrupla işləyir. Nazirlik bu dönəmdə əlavə olaraq 65 yaşdan yuxarı olan şəxslərə sosial xidmətlər göstərir, könüllülərin fəaliyyətini koordinasiya edir, vətəndaşların çoxsaylı müraciətinə baxır. Nazirlik bütün müraciətləri növbəlik və şəffaflıq prinsipi ilə cavablandırır.”

İctimai Birlik sədri eyni zamanda ötən gün həssas sosial qrupların müdafiəsi ilə bağlı daha bir önəmli addım atıldığın bildirib: “Bildiyimiz kimi, təhsil müəssisələrində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alındı. Bu addım da məhz ölkə əhalisinin sosial müdafiəsinə yönəlik mühüm addımlardan biridir”.

Müsahibimiz ölkə başçısının sərəncamı ilə yaradılan digər 3 İşçi Qrupda da ölkə əhalinin sosial müdafiəsi əsas prioritet götürüldüyünü qeyd edib: “Bütün İşçi Qruplarında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin rəhbər şəxsləri təmsil olunur. Özəl sahədə çalışan müəssisələrə işçiləri ilə əmək müqavilələrinə xitam verməmək tapşırılıb və bu prosesə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi nəzarət edilir. Dövlət eyni zamanda pandemiyanın təsirlərinə məruz qalan şəxslərin əmək haqlarının dövlət hesabına ödənilməsi həyata keçirir. Artıq bu ödənişlərin həyata keçirilməsinə start verilib. Pandemiyadan zərər çəkmiş sahələrdə 300 min nəfər əmək müqaviləsi olan muzdlu işçinin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Halbuki ki, dövlət tərəfindən bu fəaliyyətlər həyata keçirilməsəydi, həmin şəxslər də işsiz qalacaqdı. Dövlət indi həmin şəxslərə görə 712 manata qədər vəsait ödəyir. Halbuki 190 manat ödəməklə (işsiz qalan vətəndaşlara birdəfəlik yardım etməklə) də bu məsələni həll edə bilərdi. Lakin ölkə başçısının ciddi tapşırığı ilə vətəndaşların sosial müdafiəsi və ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün bu addımlar atılmaqdadır. Dövlət tərəfindən pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur. Artıq bir neçə gündür bu tip ödənişlərin də həyata keçirilməsinə başlanılıb. Fərdi sahibkarlar arasında böyük qismi şəxsi formada müxtəlif xidmətlər göstərənlərdi. Bu sahibkarların əksəriyyətinin məhz tək özü müxtəlif xidmətlər göstərirlər. Dövlət tərəfindən atılan bu addım da məhz bu şəxslərin sosial müdafiəsinin təminatı və iş yerlərinin qorunması üçün vacib addımdır.”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi