azia.az
azia.az

22 dərəcə isti olacaq

14-04-2020, 20:55


Aprelin 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən azia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
22 dərəcə isti olacaq
Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək,nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi