azia.az
azia.az

Koronavirusa yoluxmuş italiyalı xəstə: "Məsələnin ciddiliyini dərk etmirlər" - VİDEO

19-03-2020, 12:39


"MediaPost" xəbər verir ki, Çindən dünyaya yayılan virusun ən çox təsir göstərdiyi özündən sonra ikinci ölkə İtaliyadır. Burada pandemiyaya görə ölənlərin sayı 2500-ü keçib.Koronavirusa yoluxmuş italiyalı xəstə: "Məsələnin ciddiliyini dərk etmirlər" - VİDEO
Virusa yoluxduqdan sonra reanimasiyaya yerləşdirilən və daha sonra karantinə köçürülən 43 yaşlı Daniela de Rosa yaşadıqlarını paylaşıb. İtaliya səfirliyi xanımın paylaşımını sosial mediada böyük kütləyə təqdim edib.

Koronavirusa yoluxan xanım virusun ağciyərlərini məhv etdiyi və nəfəsalmasında ciddi problemlər yaratdığını bildirib:

"Virusdan əvvəl sağlığım yaxşı idi. Uzun müddətdir xəstəliklə mübarizə aparıram. İndi danışacaq vəziyyətə gəlmişəm. Günlərdir cihazla nəfəs alıram. Hadisələrin fərqində olanların sayı çox azdır. Heç kim məsələnin ciddiyyətini dərk etmir. Bəzi insanlar hələ də qorxmur. Elə bilirlər ki, onlara heç nə olmaz. Təhlükənin hansı mərhələdə olduğunu bilmirlər. İstəyirəm ki, hər kəs vəziyyətdən məlumatlı olsun. Gözlərimə diqqətlə baxın. Bu virusun necə bir bəla olduğunu anlayın".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi