azia.az
azia.az

Gəncəni necə dizi üstə çökdürülür... - DTX buraları da təmizləməlidir

22-02-2020, 14:23

"Elmar Vəliyevdən sonra Gəncəyə İcra başçısı təyin edilən Niyazi Bayramov çox sakit, səliqəli və olduqca mədəni bir rəhbərdir. Vaxtaşırı qəbullar keçirir, vətəndaşları dinləyir, hər kəsə cəmimi və mədəni münasibət göstərir. Bu olduqca yaxşı haldır, vətəndaş məmur münasibətlərinin ölçüsüdür. Amma Niyazi Bayramovun çevrəsinə elə şəxslər təyin edilib ki, indi insanları, büdcə təşkilatlarını bu məmurlar boğaza yığıb. Elə sevincimiz də bu səbədən uzun sürmədi. İndi başçı söymür, rüşvət tələb etmir ətrafdakılar edir" Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.
Gəncəni necə dizi üstə çökdürülür... - DTX buraları da təmizləməlidir
Məqalə müəllifi daha sonra davam edir: "Kimdir N. Bayramovun çevrəsindəki bu şəxslər?

Ramil Orucov-Gəncə Şəhər ərzi İdarəetmə Şöbəsinin müdiri. Bu insan qeyri–rəsmi baxçalara kuratorluq edir. Əslində baxçalar Humanitar məslələlər üzrə şöbədə olmalıdır. Bu yaxınlarda başçının-N. Bayramovun adında hər baxçadan 3000 manat pul yığıb. Razı olmayan baxça müdirələrini işdən çıxarmaqla hədələyib. Baxça müdirləridə düşüb işçilərin və valideynlərin canına. Gəncədə Dövlət hesablı baxçalar özəl baxçalara çevrilib. Hər baxçaya ayda 20 manatdan 100 manatdadək qiymət qoyulub. Baxça rəhbərləri də valideynlərə açıq aşkar deyir ki, pul başçıya çatır. Bu sözüdə onlara Ramil Orucov deyib. Gəncə şəhərində 46 baxça var. Bu yığım mütamadi həyata keçirilir. Məsələ tək bununla bitmir. Raml Orucov Suraxanı rayonundan Gəncəyə işə gətirilən bir gündən öz qohum əqrabasına icra hakimiyyətində yüksək vəzifələrə təyin elətdirməyi də unutmayıb.

Mikayıl Zeynalov-Gəncə Şəhər İcra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini. Atası Zakir müəllim keçmiş müxalifətçidir. Heydər Əliyevə, onun hakimiyyəti əleyhinə çıxnlardan olub. Şəhərə ayrılan asfalt üçün pulu şəxsən özü yeyir. Vurulan asfalt örtükləri isə keyiyyətsiz , standartlardan çox uzaq və bərbad haldadır. O qədər harılaşıb ki, polis serjantını döyüb amma məsuliyyətə cəlb olunmayıb. Hətta İcra Hakimiyyətinin binasının arxasındakı özbağcı mağazasının sahibini də döyüb, amma yenə məsuliyyətdən kənarda qalıb. Gəncədə-göz xəstəxanasın yanında isə özünün özəl baxçası var və Gəncə Beynəlxalq baxça adlanır həmin uşaq tərbiyə müəssisəsi. Gəncə Şəhər Prokrorluğunun qarşısında Gəncə çayının sol sahilində iki mərtəbbəli villası var. Gədəbəydə hektarlarla torpaq sahəsi və müxtəlif təyinatlı şəxsi təsərrüfatı var. Hamı gəncədə onu əyyaş kimi tanıyır. Hər axşam Gəncənin "İmperial" və "Şah sarayı" restorannarında asfaltın pulu ilə kef məclisləri təşkil edir. Işə şəxsi “land cruzer” markalı 90-MU-848 dövlət qeydiyyat nişanlı maşını ilə gəlib gedir. Sürücüsü isə yəni 20 AA 005 isə ailəsini gəzdirir, özəl baxçasının bazarlığını dövlət maşınında daşıtdırır.

Vəfa Abbasova- Vəfa Abbasova pul qazanmağa paltar alverindən başlayıb. Biraz pul yığıb müəllimə keçib, sora direktor müavini, daha çox pullananda isə 6 nömrəli məktəbin direktoru olub. Hazırda isə Şəhər başçısının-N. Bayramovun humanitar məsələlər üzrə müavinidir. Şəhər təhsil idarəsinin müdiri Zakirin Hüseyinovun əli ilə məktəblərə haqq qoyub. Hər dərs saatına 2 manatdan pul yığır. Bunun 1 manatı Zakirindi, 1 manatı da Vəfanın. Mədəniyyət evləri, xəstəxnalar, hamısı Vəfaya haqq verməlidir. Mədəniyyətin rəisi Sənan Hacıyev, səhiyyənin rəisi Nazim Əhmədov da haqqa oturdulanlardandır. Hər üçünə də deyib ki, bu pulları mən özümə yığmıram. Hamısı qəpiyinə kimi başçıya- N. Bayramova çatır.

Bu hələ 3 məmurun şəhər ziyalılarına tudduğu divandı. Belə demək daha real görünər ki, artıq növbəti narazılığı və məmur öldürülməsini büdcə təşkilatlarının rəhbərləri həyata keçirəcək. Universitet rektorları, kollec direktorları, texniki peşə liseylərinin rəhbərləri demək olar hər an Vəfa Abbasovanın təhqirləri ilə üzləşir. Artıq onlar bu insanın rüşvət tərəzisinə gəlmək istəmirlər".

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi