azia.az
azia.az

Aqrar Universitetin fəaliyyətinə yalan məlumatlarla kölgə salına bilməz

24-01-2020, 04:09


“Yalan ayaq tutar yeriməz” demiş babalarımız. Bəli, yalan üzərində qurulmuş hər nə varsa onun kimsəyə zərrə qədər faydası dəymir.
Söhbət Aqrar Universitetinə qarşı yaradılmış şantajçı kompaniyadan gedir.
Aqrar Universitetin fəaliyyətinə yalan məlumatlarla kölgə salına bilməz
Yalan danışmaq təkcə əxlaqi, mənəvi baxımdan deyil, eləcə də fiziki baxımdan insana zərər vurur. Ədalətli olmaqla dürüst olmaq biri digərini tamamlayan dəyərlərdir. Elə söhbət açacağımız məsələ də bəzi şantajçı və böhtançı bir qrup adamın yalan üzərində qurduğu “həqiqətdən” bəhs edir.
Aqrar Universitetin fəaliyyətinə yalan məlumatlarla kölgə salına bilməz
Şantajı və böhtanı özlərinə peşə seçənlər əsassız arqumentlərlə, yalan və böhtan tipli yazılarla çıxış edib Aqrar Universitetin fəaliyyətinə gölgə salmağa cəh edirlər. Onlar hər dəfə çeynənmiş mövzuları təkrar-təkrar gündəmə gətirməklə Universitetin uğurlarına kölgə salmağa, müəllim kollektivini ləkələməyə, bu məktəbin cəmiyyətə nə qədər faydalılığını və əhəmiyyətini kiçiltməyə çalışırlar.
Sözügedən Universitetin və onun rektoru İbrahim Cəfərovun ünvanına böhtan xarakterli məlumatlar yaymaqla əslində Azərbaycan Təhsilinin uğurlarına və təhsilin inkişafında böyük xidmətləri olan Rektor İbrahim Cəfərovun fəaliyyətinə kölgə salmağa çalışırlar. Saxta müraciət müəllifi düzəldən şantajçı və böhtançı insanların məqsədi bu Universitetin nüfuzuna zərbə vurmaqdır.
Aqrar Universitetin fəaliyyətinə yalan məlumatlarla kölgə salına bilməz
Bəzi saytlar da peşə davranış qaydalarını kobud şəkildə pozmaqla, materialı araşdırmamış, müraciət müəllifinin həqiqiliyini dəqiqləşdirməmiş KİV-ri haqqında qanunun tələblərini məhəl qoymamışlar.
Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri, milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı ki, mətbuat cəmiyyətin aynası olmalıdır. Təməli ali ideallar, sağlam və pak amallar üzərində qoyulmuş milli mətbuatımızın bugünkü fəaliyyəti isə tamam fərqli, həm də ürəkaçan olmayan mənzərə yaradır.

Aqrar Universitet haqda yazılan yanlış məlumatlar

Bəli, bu gün Aqrar Universiteti digər Universitetlərə bir nümunədir, tələbə və müəllimlərə qayğı ilə yanaşan Universitetin rektoru İbrahim Cəfərov humanist bir şəxsiyyətdir. Özünü ona bənzətmək, onun yolunu getmək hər bir təhsil rəhbərinin arzusudur.
Rektor təyin olunan gündən Universitetdə müəllim-tələbə münasibətləri daima ön plana çəkilmişdir.
Bu bir həqiqətdir ki, tələbələrlə keçirilən görüşlər yalnız rəsmiyyət xatiri daşımır, hər bir tələbənin öz fikirlərini aydın şəkildə ifadə etməsi üçün yaradılmış demokratik şərait bu universitetdə Azərbaycan təhsilinə, tələbə və müəllimə münasibətin əsl mahiyyətini ehtiva edir.
Əlbəttə, məhz bu cür, dialoq şəklində keçən görüşləri formalaşdıran əsas amil səmimiyyətdir.
Aqrar Universitetin fəaliyyətinə yalan məlumatlarla kölgə salına bilməz
Danılmaz faktdır ki, Aqrqr Universitetin nümunəvi fəaliyyəti, təlim-tədrisin keyfiyyəti, tədris ocağında yaradılmış şəfaf mühit yanlis informasiyalarla ləkə götürməz. Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri, milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı ki, mətbuat cəmiyyətin aynası olmalıdır. Təməli ali ideallar, sağlam və pak amallar üzərində qoyulmuş milli mətbuatımızın bugünkü fəaliyyəti isə tamam fərqli, həm də ürəkaçan olmayan mənzərə yaradır.
Ölkədəki yüksək siyasi plüralizmin, demokratikləşmə prosesinin yaratdığı liberal mühitin nəticəsi kimi sayı rekord həddə çatmış sayt və xəbər portallarının heç də hamısı cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, insanları maarifləndirmək niyyətini qarşıya qoymamışdır. Bu gün mətbuatda cəmiyyətdəki bəzi nöqsanlara rasional, düzgün yanaşmanın, obyektiv tənqidin olmaması da özünü ciddi problem kimi göstərir.
Ulularımız "Xəncər yarası sağalar, söz yarası yox", - deyiblər. Jurnalist cəmiyyəti obyektiv informasiya ilə təmin etməklə yanaşı, həm də sözdən peşəkarlıqla istifadə etməli, peşə etikasına hörmətlə yanaşmalıdır. Şübhəsiz, mövcud problemlərin əsasında bəzən media sahəsində çalışan şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması durur .Aqrar Universitetin fəaliyyətinə yalan məlumatlarla kölgə salına bilməz
Bəllidir ki, bu gün ifrat siyasiləşmiş saytlarda jurnalistlərin peşə davranışı normaları - qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə prinsiplər mütəmadi pozulur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılar baş alıb gedir.

Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi