azia.az
azia.az

Zeynəb Xanlarova ABŞ-a köçdü – Köməkçisindən AÇIQLAMA

12-12-2019, 11:33

Zeynəb Xanlarova ABŞ-a köçdü – Köməkçisindən AÇIQLAMA
“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.
Medianews.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib. Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: “Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.
Qeyd edək ki, dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. O, uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Belə ki, Xanlarova 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi