azia.az
azia.az

Azercell-dən rəqəmsal Yeni İl kampaniyası

11-12-2019, 20:30

Azercell-dən rəqəmsal Yeni İl kampaniyası
Kampaniyaya qoşulan abunəçilər şirkətin rəqəmsal həllərindən internet sərf etmədən yararlanacaq
Telekommunikasiya sahəsində dünya tendensiyaları ilə hər zaman ayaqlaşaraq istifadəçilərinə rəngarəng mobil həllər təqdim edən Azercell Telekom qarşıdan gələn 2020-ci il münasibətilə “Yeni İl Kampaniyası”na start verir. Belə ki, 9.12.2019 – 9.01.2020 tarixləri ərzində davam edəcək kampaniya çərçivəsində iVi, Bookmate, Zvuk xidmətlərdən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaqdır. Azercell-dən rəqəmsal Yeni İl kampaniyası
Kampaniyadan yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq şifrələrini yığaraq Azercell-in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər.
Qeyd edək ki, iVi Mobil Cinema xidmətinə aylıq qoşulma üçün *302#, Bookmate xidmətinə aylıq qoşulma üçün *533# və Zvuk xidmətinə aylıq qoşulma *707# şifrəsini yığmaq lazımdır.
Xatırladaq ki, Azercell Plus xidmətləri çərçivəsində təqdim edilən iVi, Bookmate və Zvukmobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. Azercell abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi