Bakı İH-in vəzifə şəxsləri Bibiheybətdə: Əraziyə içməli su verilməsi dayandırıldı - Yeni
“Azərsu” ASC torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.Bu barədə “Report”a qurumdan bildirilib.Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.“Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir”,- məlumatda qeyd edilib.Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən əraziyə gedib.Bu barədə Teleqraf.com-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.Onun sözlərinə görə, icra başçısı və qurumun bütün xidmət rəhbərləri hadisə yerinə baxış keçirirlər.
Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.