Gəncə Dövlət Universitetində Elsevər Nağıyev kabusu: Rektorun müşaviri müəllimlərə qənim kəsilib
Elchi.az-a GDU-nun bir qrup professor-müəllim heyəti tərəfindən şikayət məktubu daxil olmuşdur. Universitet daxilindən Elchi.az-a verilən məlumata görə Gəncə Dövlət Universitetində yeni tədris ili başlasa da,əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir.Nə barəsində edilən şikayətlər,nə də haqqında yazılan tənqidi yazılara məhəl qoyulmur. Məlum olduğu kimi,prezident İlham Əliyevin fərmanı ilə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Müvafiq sərəncama görə, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.Lakin, Prezident İlham Əliyevin sərəncamları özəl obyektə çevrilən GDU-da yerinə yetirilmir.Belə ki,özəl sektorda maaşlar qalxanda rektorun müşaviri və köməkçisi rolunu oynayan Elsevər Nağıyev kollektivə "biz dövlət müəssisəsində işləyirik, bu artım bizə şamil olunmur” demişdisə büdcədən maliyyələşən təşkilatlarda maaşlar qaldırılanda isə Eısevər Nağıyev iddia edir ki,GDU özü-özünü maliyyələşdirən bir müəssisədir.Ona görə də bu artım bizə şamil olunmur.
Minimum əmək haqqının artırılmasına qədər GDU-da laborant, baş laborant, kabinə müdiri,laboratoriya müdiri,preperator,habelə tədris ustaları və digər texniki işçilərin maaşları arasında əsaslı fərq var idi.Hal-hazırda GDU rəhbərliyinin Nobel mükafatına layiq görüləsi yeni ixtirasına görə laborant,baş laborant,laboratoriya müdiri,kabinə müdiri,preperator,metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar.Bu ştatlara verilən maaş tariflərinin çox kobud şəkildə pozulması deməkdir. Müəllim heyətinin maaşları isə ümümiyyətlə, artırılmır. Bundan başqa ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır.Gəncədə yerləşən ADAU və GDU əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır.
Çox maraqlıdır, hal-hazırda bütün otaq ,kabinə və laboratoriyaların həm adları,həm də nömrələri var.Yenidən ad və nömrə yazdırmaq müəllimlərin cibinə girib,onların halal maaşlarını oğurlamaqdan başqa bir şey deyil.Digər tərəfdən, bu yazıların yazılması universitetin rəhbərliyi tərəfindən ödənilməlidir.Kafedra müdirləri və müəllimlər bu pulu nəyə görə maaşlarından ödəməlidir? Amma bütün bu prose üçün Elsevər Nağıyevin rəhbərliyi altında müəllimlərdən pul yığılır və açıqcasına bunun rektorun götrişi ilə edildiyi deyilir.
Yeni tədris ilində universitetin müxtəlif kafedralarına 30-a kimi təzə müəllim götürülmüşdür.Orta məktəblərə işə qəbul imtahanlarında kəsilən şəxslər 10 000 manat rəhbərliyə verməklə savadları olmasa da asanlıqla müəllim vəzifəsinə qəbul edilir.
Universitetdə tələbə qəbulu üçün plan yerlərinin sayı fakültələr arasında tələbata uyğun bölünmür,burada dostbazlıq prinsipi əsas götürülür.İqtisadiyyat fakültəsinə tələbə qəbulu üçün plan yerlərinin sayı süni şəkildə artırılaraq artıq 400 nəfərə çatıb.Digər fakültələrə ayrılan yerlər isə azaldılır və 150 nəfərə salınıb.Çox maraqlıdır ki,nədənsə qərb regionunda yerləşən pedaqoji profilli bir universitet artıq İqtisad Universitetinin Gəncə filialına çevrilməkdədir.
Çətin duruma salınmış, pulsuz müəllimin halal zəhmətini yeyib, xarici dövlətlərdə kefə gedənlər, hardan biləcəklər ki, bir qarın çörək puludur yazıq müəllimlərin arzusu…
Qeyd edək ki, Elsevər Hüseynov Türkiyə Universitetlərindən birinin məzunudur və bildirildiyinə görə "FETO"çudur.
İstinad olunan mənbə link:My Webpage