azia.az
azia.az

Oliqarx icra başçısı Ukraynada daha bir şirkət açdı (FOTO)

29-07-2019, 07:47

Oliqarx icra başçısı Ukraynada daha bir şirkət açdı (FOTO)
"Avropanın üç ölkəsində şirkətlər, hətta Ukraynada zavod və kombinat açan bir icra başçısının ciddi korrupsiya araşdırması tələb edən fəaliyyəti barədə dəfələrlə faktlar, sənəd-sübutlar təqdim etmişik. Söhbət Qubanın tamahı və əməlləri böyük "balaca kralı" Ziyəddin Əliyevdən gedir". Qaynarinfo xəbər verir ki, bu sözləri sosial şəbəkəsindəki hesabında jurnalist Cavanşir Həsənli yazıb.
O, yazısında sənəd də əlavə edərək, bildirir ki, Ukraynanın Lvov vilayətinin Mikolayevsk rayonunda 10 milyon dollar investisiya ilə asfalt zavodu açan işbaz icra başçısının fəaliyyətinə hüquqi qiymət verilməyəcəyi əvvəldən aydın idi. Amma o qədəri əsla gözlənilən deyildi ki, "balaca kral" özü haqqında bu qədər detallı, imzalı, möhürlü sənədlər ortaya çıxandan sonra acığa Ukraynada yeni bir şirkət də açacaq:

"Deməli, Ziyəddin Əliyev bu qədər ifşa olunandan sonra bu ilin aprelin 1-də Mikolayevskdə, İvan Mazeli 21/5 ünvanında SMANBUD TOV, yəni MMC qeydiyyatdan (şəhadətnamə nömrəsi 42809651) keçirib. Bu şirkət də yol tikintisi sahəsində fəaliyyət göstərməyə başlayıb.

Düzdür, şirkət Hacıyev Vüqar İsgəndər oğlunun adına rəsmiləşdirilib. Bu şəxs Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərini idarə edən əsas adamıdır və icra başçısının rəhbərlik etdiyi rayonun Maliyyə İdarəsinin müdiri olan Hacıyev Ruslan İskəndər oğlunun qardaşıdır. Hansı ki, Ziyəddin Əliyev Mikolayevskdə ilk dəfə "Alov” zavodunu açarkən də məhz onu direktor təyin etmişdi.

Beləliklə, Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin sayı 6-ya, ümumən xaricdəki şirkətlərinin sayı 8-ə çatıb:

1. ALOV ASFALT ZAVODU

2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ

3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ".
Oliqarx icra başçısı Ukraynada daha bir şirkət açdı (FOTO)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi