azia.az
azia.az

QHT əməkdaşları minaya düşdü: birinin ayağı kəsildi - YENİLƏNDİ

Bu gün, 12:44

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.


Bu barədə "Bakupost"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

***

Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) 03.08.2026-cı il tarixdə saat 10:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi